AzTV sədrini hədələdi, anasının yasından gələndə qəzaya düşdü, iki övladı qaldı - Müğənni Aslanın həyat sirləri | 1news.az | Xəbərlər
Cəmiyyət

AzTV sədrini hədələdi, anasının yasından gələndə qəzaya düşdü, iki övladı qaldı - Müğənni Aslanın həyat sirləri

12:41 - 05 / 05 / 2021
AzTV sədrini hədələdi, anasının yasından gələndə qəzaya düşdü, iki övladı qaldı - Müğənni Aslanın həyat sirləri

1news.az Kulis.az-a istinadən dünən maşın qəzasında dünyasını dəyişən müğənni Aslan Hüseynov haqqında maraqlı faktları təqdim edir.

Müğənni Aslan Hüseynov 1969-cu ildə Qırğızıstanda anadan olub. Onun atası Qırğızıstanda yol polisi işləyib. Uşaqlıq və gənclik illəri orada yaşayan müğənni sonradan ailəsi ilə birlikdə Bakıya köçüb və müğənnilik karyerasına başlayıb.

***

Müğənni uzun müddət Qırğızıstanda yaşadığı üçün at ətindən hazırlanan xörəkləri çox sevib. Xüsusən ondan hazırlanan dolmanın çox dadlı olduğunu qeyd edərək, Bakıda at ətinin satılmamasından təəssüflənirdi.

Aslan Hüseynov Bakıya köçəndən sonra burada öz həmkarlarından bir çox insanlarla dostluq əlaqələri qurub. Lakin sonradan onun Nadir Qafarzadə və Elza Seyidcahanla münasibətləri pisləşib. Verilişlərin birində qonaq olarkən o, küskünlüyün dilə gətirərək "Aslanı niyə bağışlamadılar?" sualını verib və kövrələrək verilişi yarımçıq saxlayıb.

***

Bir çox yerli kanallarda hazırlanan verilişlərə qonaq qismində dəvət olunsa da, AzTV və İTV kanalında ona qarşı ciddi qadağalar qoyulub. AzTV-dəki qadağa ilə bağlı telekanalın sədri Arif Alışanova zəng vursa da, ondan qeyri-etik cavab alıb. Bu barədə o, müsahibələrinin birində deyir:

"Zəng vurub dedim, Arif müəllim, mən bütün dövlət tədbirlərinə gedirəm, amma veriliş zamanı mən olan yerləri kəsirlər. Arif müəllim isə ağzında nə isə yeyə-yeyə mənə dedi ki, ey müğənni, sən kimsən, AzTV ilə problemin olsun. Mən isə ona dedim ki, ey Arif, sən millət vəkili olanda belə danışmırdım, çox mehriban, millətdən xahiş edərək danışırdın. O, mənə dedi, ey, xodunu al. Səviyyəsiz, mədəniyyətsiz adamlar mənimlə belə danışırlar. Mən onların nəyindən qorxacam?!"

Sonralar müğənni AzTV-yə rəhbər təyin olunmuş Rövşən Məmmədova müraciət ünvanlayaraq mətbuata açıqlama verib:

"Heç kimə pislik arzu edən insan deyiləm. Amma Allahın istəyindən artığı yoxdur. Allahın məsləhəti necə idisə, hər şey o cür də oldu və öz yerini tapdı. Arif Alışanov yeddi il mənə qadağa qoymuşdu, özü AzTV-yə ömürlük "zapret"ə düşdü. Mən o vaxt Alışanovla bağlı fikirlərimi deyəndə sənətçi həmkarlarım da deyirdilər ki, yaxşı eləmisən. Bəziləri deyirdilər ki, mənim ürəyimdən keçənləri sən demisən. İndi isə deyirlər ki, hələ gözlə, sənə xəbər edəcəyik. Mən də onlardan xəbər gözləyirəm. Düzü, artıq AzTV-yə çıxıb-çıxmamağımın bir mənası yoxdur".

***

Sosial şəbəkələrdə kifayət qədər aktiv olan müğənninin başı burada da qalmaqallardan açılmayıb. İnstaqram hesabında onun haqqında yazılan təhqirlərə əsəbiləşən Aslan Hüseynov Salyanda yaşayan və onu təhqir edən şəxsi, onun valideynlərini axtarıb taparaq ondan üzr istəməsini tələb edib və buna nail olub. Sonralar bu mövzuya toxunan müğənni deyib ki, kimsə məni təhqir edərsə, bütün iş-gücümü atıb onu tapmaqla məşğul olaram.

***

Pandemiya müddətində işsiz qalan müğənni haqqında çıxan şayiələrdən biri də onun geniş biznes imkanları ilə bağlıdır. Lakin o, bu fikirləri təkzib edərək bildirib ki, ağlım olsaydı, zamanında biznes qurardım.

2021-ci il aprelin 26-da müğənnin anası dünyasını dəyişib. Həmin ərəfədə Moskvada olan Aslan Hüseynov təcili Bakıya gələrək anasının dəfninə qatılıb. Onun anası Gəncə şəhərində dəfn olunub.

***

Bu gün isə anasının 7 mərasiminə yollanan Aslan Hüseynovun idarə etdiyi BMW markalı avtomobil "Kamaz"la toqquşaraq ağır yol qəzası törədib. O, yaralı vəziyyətdə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Müğənni 55 yaşında vəfat edib. Ailəsinin sözlərinə görə Aslan Hüseynov anasının yanında - Gəncə şəhərində dəfn olunacaq.

***

Müğənninin iki övladı qalıb.

1news.az

Paylaş:
240

Son xəbərlər

COP29: Azərbaycan qlobal danışıqlar platforması statusunu gücləndirir07 / 10 / 2024, 21:18Xızıda kanalda meyiti tapılan şəxsin kimliyi məlum olub07 / 10 / 2024, 17:45Qazaxda yaşadığı evdə narkotik vasitə və odlu silah saxlayan şəxs saxlanılıb07 / 10 / 2024, 17:38Şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQ07 / 10 / 2024, 17:19İlham Əliyev Rusiyaya səfərə gəlib - FOTO07 / 10 / 2024, 16:59NİİM: Ziya Bünyadov prospekti istiqamətində təmirə görə sıxlıq yaranıb07 / 10 / 2024, 16:19MEDİA: Azərbaycan Prezidenti adından saxta məlumat yayılıb07 / 10 / 2024, 16:02Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıb07 / 10 / 2024, 15:44Sabirabadda dayı bacısı oğlunu avtomobillə vurub07 / 10 / 2024, 15:25Həyat yoldaşı Leyla və 8 aylıq körpəsini öldürən şəxs ömürlük azadlıqdan məhrum edilib07 / 10 / 2024, 14:49Xaricdə təhsil almış 233 nəfərin diplomu tanınmayıb07 / 10 / 2024, 14:07“Suriya və İraqdan 8 Azərbaycan vətəndaşı repatriasiya edilib” - XİN07 / 10 / 2024, 13:32Sabahın hava proqnozu07 / 10 / 2024, 13:19Umico.az-da ilk alış-verişinizi kreditlə aylıq cəmi 0.33 %-dən başlayan komissiya ilə edin!07 / 10 / 2024, 11:49Kapital Bank-ın Depozit lotereyasının 1-ci tirajının qalibləri bəlli oldu07 / 10 / 2024, 11:32Göygöldə əqrəb sancan müəllim ölüb07 / 10 / 2024, 11:13Binədə düşən davada bir nəfər bıçaqlanıb07 / 10 / 2024, 10:41“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasında daha bir avtomobil uduldu: Kampaniya noyabradək uzadıldı07 / 10 / 2024, 10:22DİN "toy karvanı" iştirakçılarına müraciət edib07 / 10 / 2024, 10:17Bakıda hərbi sursatlar aşkarlanıb07 / 10 / 2024, 10:11
Bütün xəbərlər