Vətən Müharibəsi qəhrəmanları haqqında verilişlər hazırlanacaq | 1news.az | Xəbərlər
Siyasət

Vətən Müharibəsi qəhrəmanları haqqında verilişlər hazırlanacaq

S.Xankişiyeva14:35 - 06 / 05 / 2021
Vətən Müharibəsi qəhrəmanları haqqında verilişlər hazırlanacaq

“Gənclər siyasəti haqqında” qanuna dəyişiklik təklif edilir.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, dəyişikliklə müvafiq icra hakimiyyəti orqanları, kütləvi informasiya vasitələri, televiziya və radio yayımçıları, sosial media vasitəsilə gənclərdə vətənpərvərlik, milli və ümumbəşəri dəyərlərə hörmət hisslərinin, dövlətçilik prinsiplərinə sadiqliyin gücləndirilməsi, tolerantlığın və multikulturalizmin təbliği məqsədi ilə Azərbaycan Respublikasının Vətən Müharibəsi qəhrəmanları haqqında elmi-populyar verilişlər hazırlayacaq və maarifləndirici layihə və proqramlar həyata keçirəcəklər.

Paylaş:
499

Son xəbərlər

Bütün xəbərlər