Rusiyalı veteranlar Qarabağda faşist kollaborant Njdenin heykəlini sökməyə çağırırlar | 1news.az | Xəbərlər
Siyasət

Rusiyalı veteranlar Qarabağda faşist kollaborant Njdenin heykəlini sökməyə çağırırlar

S.Xankişiyeva15:49 - 06 / 05 / 2021
Rusiyalı veteranlar Qarabağda faşist kollaborant Njdenin heykəlini sökməyə çağırırlar

Dolqoprudnensk (Moskva vilayəti) Müharibə, əmək, silahlı qüvvələr və hüquq-mühafizə orqanları veteranlarının ictimai təşkilatı federal hakimiyyət orqanlarına ərizə ilə müraciət edərək faşist kollaborant Njdenin Qarabağdakı heykəlini sökməyə çağırıb.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, Qarabağda Rusiya sülhməramlılarının nəzarətində olan zonada faşistlərin əlaltısı Njdeyə heykəl qoyulması Moskva vilayəti veteranlarını hiddətləndirib.

Veteranlar qeyd edirlər ki, Qələbə günü keçmiş SSRİ-nin bütün xalqlarını birləşdirən bayramdır, lakin təəssüf ki, postsovet məkanındakı bəzi ölkələrdə, o cümlədən Ermənistanda nasistlərin əlaltılarının qəhrəmanlaşdırmağa cəhd göstərirlər.

Veteranların müraciətində qeyd edilir ki, İkinci Dünya müharibəsi dövründə Njde qızıl ordu sıralarından əsir düşmüş erməni əsgərlərindən ibarət “Erməni legionu” formalaşdırıb. Vermaxt sıralarında döyüşməyə başlayan bu legion Polşa və Ukraynada minlərlə dinc sakinə qarşı cinayətlər törədib, Qərbi Krımda iyirmi mindən çox dinc sakini qətlə yetirib.

Veteranlar təşkilatı faşizm üzərində Qələbənin keçmiş SSRİ-nin bütün xalqlarını birləşdirən bir hadisə kimi böyük əhəmiyyət kəsb etdiyini vurğulayaraq xəbərdarlıq edir ki, Rusiya sülhməramlı kontingentinin nəzarətində olan ərazidə belə bir heykəlin olması Avrasiya məkanında insanları birləşdirən azsaylı dəyərlərdən birini hörmətdən salır. Veteranlar əmindirlər ki, bu həm də faşizmi qəhrəmanlaşdırmaq cəhdlərinə qarşı prinsipial mübariz kimi Rusiyanın nüfuzunu aşağı salır.

Müvafiq müraciət Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinə və Müdafiə Nazirliyinə göndərilib.

Paylaş:
383

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər