“Mövsümə uyğun olmayan, geni dəyişdirilmiş meyvə-tərəvəzlərin təhlükəsi” - “Çıxışa doğru”da MÜZAKİRƏ | 1news.az | Xəbərlər
Cəmiyyət

“Mövsümə uyğun olmayan, geni dəyişdirilmiş meyvə-tərəvəzlərin təhlükəsi” - “Çıxışa doğru”da MÜZAKİRƏ

21:20 - 06 / 05 / 2021
“Mövsümə uyğun olmayan, geni dəyişdirilmiş meyvə-tərəvəzlərin təhlükəsi” - “Çıxışa doğru”da MÜZAKİRƏ

İndi hanı bağ-bostanın yaraşığı olan xiyar, pomidor növləri? Hanı görkəmi süfrələr bəzəyən, dadı-tamı damaqlardan getməyən meyvələr?

Səbəb nədir? Torpağınmı üzü dönüb, bağ-bostanın bərəkətimi qaçaq düşüb, ağzımızın dadımı çəkilib?

Torpağımızın adla deyilən nemətləri sayılan Qızıləhməd alması, Ordubad əriyi, Göyçay narı, Quba alması, Zaqatala fındığı, Qəbələ şabalıdı, Lənkəran çayı, Astara limonu, Abşeron şanısı, Sabirabad qarpızı, Kürdəmir yemişi, Zirə pomidoru, Hovsan soğanı tapmaq heç də rahat və asan məsələ deyil… Çox vaxt dükan-bazarlardan zahiri görünüşünə aldanıb alınan meyvə-tərəvəzlər heç də əvvəlki illərdəki ləzzətini vermir.

Əvvəllər bazarlarda yalnız hər mövsümə uyğun meyvə-tərəvəzlər tapmaq olardı. İndi ilin istənilən fəslində həmin nemətlər satışa çıxarılır.

1News-un məlumatına görə, AzTV-nin “Çıxışa doğru” verilişində “Mövsümə uyğun olmayan, geni dəyişdirilmiş meyvə-tərəvəzlərin təhlükəsi” mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – "Azad İstehlakçılar" İB-nin sədri Əyyub Hüseynov, Sağlam Qidalanma mütəxəssisi, Qida təhlükəsizliyi hərəkatının rəhbəri Məhsəti Hüseynova, AGTİ-nin mütəxəssisi Cavidan Quliyev və tibb üzrə fəlsəfə doktoru, Azərbaycan Tibb Universitetinin müəllimi Sveta Rəfiyeva mövzu ətrafında müzakirə aparıblar.

“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

Paylaş:
559

Son xəbərlər

COP29: Azərbaycan qlobal danışıqlar platforması statusunu gücləndirir07 / 10 / 2024, 21:18Xızıda kanalda meyiti tapılan şəxsin kimliyi məlum olub07 / 10 / 2024, 17:45Qazaxda yaşadığı evdə narkotik vasitə və odlu silah saxlayan şəxs saxlanılıb07 / 10 / 2024, 17:38Şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQ07 / 10 / 2024, 17:19İlham Əliyev Rusiyaya səfərə gəlib - FOTO07 / 10 / 2024, 16:59NİİM: Ziya Bünyadov prospekti istiqamətində təmirə görə sıxlıq yaranıb07 / 10 / 2024, 16:19MEDİA: Azərbaycan Prezidenti adından saxta məlumat yayılıb07 / 10 / 2024, 16:02Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıb07 / 10 / 2024, 15:44Sabirabadda dayı bacısı oğlunu avtomobillə vurub07 / 10 / 2024, 15:25Həyat yoldaşı Leyla və 8 aylıq körpəsini öldürən şəxs ömürlük azadlıqdan məhrum edilib07 / 10 / 2024, 14:49Xaricdə təhsil almış 233 nəfərin diplomu tanınmayıb07 / 10 / 2024, 14:07“Suriya və İraqdan 8 Azərbaycan vətəndaşı repatriasiya edilib” - XİN07 / 10 / 2024, 13:32Sabahın hava proqnozu07 / 10 / 2024, 13:19Umico.az-da ilk alış-verişinizi kreditlə aylıq cəmi 0.33 %-dən başlayan komissiya ilə edin!07 / 10 / 2024, 11:49Kapital Bank-ın Depozit lotereyasının 1-ci tirajının qalibləri bəlli oldu07 / 10 / 2024, 11:32Göygöldə əqrəb sancan müəllim ölüb07 / 10 / 2024, 11:13Binədə düşən davada bir nəfər bıçaqlanıb07 / 10 / 2024, 10:41“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasında daha bir avtomobil uduldu: Kampaniya noyabradək uzadıldı07 / 10 / 2024, 10:22DİN "toy karvanı" iştirakçılarına müraciət edib07 / 10 / 2024, 10:17Bakıda hərbi sursatlar aşkarlanıb07 / 10 / 2024, 10:11
Bütün xəbərlər