Bakıda binadan başına daş düşən yeniyetmənin ölümü ilə bağlı cinayət işi başlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda binadan başına daş düşən yeniyetmənin ölümü ilə bağlı cinayət işi başlandı

S.Xankişiyeva09:35 - 07 / 05 / 2021
Bakıda binadan başına daş düşən yeniyetmənin ölümü ilə bağlı cinayət işi başlandı

Bakıda binanın fasadında başına daş düşən yeniyetmənin ölümü ilə bağlı cinayət işi başlanıb.

Səbail rayon prokurorluğundan 1news.az-a bildirilib ki, aprelin 30-da 2006-cı il təvəllüdlü Şabanov Əli Mahir oğlunun üzərinə paytaxtın Səbail rayonu ərazisində binanın fasadından daş parçasının düşməsi nəticəsində mayın 5-də onun müalicə aldığı Respublika Neyrocərrahiyyə Xəstəxanasında vəfat etməsi faktı ilə bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Paylaş:
314

Son xəbərlər

Bütün xəbərlər