“Sosial ipoteka kimlərə şamil olunur? – Şərtlər” - “Çıxışa doğru”da MÜZAKİRƏ | 1news.az | Xəbərlər
Cəmiyyət

“Sosial ipoteka kimlərə şamil olunur? – Şərtlər” - “Çıxışa doğru”da MÜZAKİRƏ

22:45 - 07 / 05 / 2021
“Sosial ipoteka kimlərə şamil olunur? – Şərtlər” - “Çıxışa doğru”da MÜZAKİRƏ

Sosial ipoteka krediti 30 il müddətinə, illik 4%-lə verilir.

Güzəştli ipoteka kreditindən istifadə etmək hüququna gənc ailələr, şəhid ailələri, milli qəhrəman ailələri, məcburi köçkünlər, ən azı 3 il dövlət qulluğunda çalışan şəxslər, elmlər namizədi və ya elmlər doktorları, idman sahəsində xüsusi xidməti olan şəxslər malikdir. Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin ən azı 3 il hərbi xidmətdə olan hərbçiləri də bu kateqoriyaya aid şəxslərdir. Güzəştli kreditlər vətəndaşa yalnız 1 dəfə verilir. Bu iş 21 bankda həyata keçirilir.

Sosial ipotekanı almaq üçün borc alanın şəxsiyyət vəsiqəsinin surəti, nikah və ya nikahın pozulmasını təsdiqləyən sənədin surəti, ailə üzvlərinin şəxsiyyətini təsdiq edən sənədlərin, həmçinin yaş kağızlarının surəti, əmək müqaviləsinin və borc alanın əmək kitabçasının surəti, iş yerindən arayış və sair sənədlər tələb olunur.

1News-un məlumatına görə, AzTV-nin “Çıxışa doğru” verilişində “Sosial ipoteka kimlərə şamil olunur? – Şərtlər” mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – Sosial Tədqiqatlar Mərkəzinin Departament müdiri Ayşəm Balayeva, İpoteka və Zəmanət Fondunun İpoteka Kreditləri Departamentinin direktor müavini Rasim Abdullayev, 1-ci Qarabağ müharibəsi iştirakçısı, UNEC İslam Maliyyə Tədqiqat Mərkəzinin tədqiqatçısı Əfqan Musayev və iqtisadçı Asif İbrahimov mövzu ətrafında müzakirə aparıblar.

“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

Paylaş:
1706

Son xəbərlər

COP29: Azərbaycan qlobal danışıqlar platforması statusunu gücləndirir07 / 10 / 2024, 21:18Xızıda kanalda meyiti tapılan şəxsin kimliyi məlum olub07 / 10 / 2024, 17:45Qazaxda yaşadığı evdə narkotik vasitə və odlu silah saxlayan şəxs saxlanılıb07 / 10 / 2024, 17:38Şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQ07 / 10 / 2024, 17:19İlham Əliyev Rusiyaya səfərə gəlib - FOTO07 / 10 / 2024, 16:59NİİM: Ziya Bünyadov prospekti istiqamətində təmirə görə sıxlıq yaranıb07 / 10 / 2024, 16:19MEDİA: Azərbaycan Prezidenti adından saxta məlumat yayılıb07 / 10 / 2024, 16:02Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıb07 / 10 / 2024, 15:44Sabirabadda dayı bacısı oğlunu avtomobillə vurub07 / 10 / 2024, 15:25Həyat yoldaşı Leyla və 8 aylıq körpəsini öldürən şəxs ömürlük azadlıqdan məhrum edilib07 / 10 / 2024, 14:49Xaricdə təhsil almış 233 nəfərin diplomu tanınmayıb07 / 10 / 2024, 14:07“Suriya və İraqdan 8 Azərbaycan vətəndaşı repatriasiya edilib” - XİN07 / 10 / 2024, 13:32Sabahın hava proqnozu07 / 10 / 2024, 13:19Umico.az-da ilk alış-verişinizi kreditlə aylıq cəmi 0.33 %-dən başlayan komissiya ilə edin!07 / 10 / 2024, 11:49Kapital Bank-ın Depozit lotereyasının 1-ci tirajının qalibləri bəlli oldu07 / 10 / 2024, 11:32Göygöldə əqrəb sancan müəllim ölüb07 / 10 / 2024, 11:13Binədə düşən davada bir nəfər bıçaqlanıb07 / 10 / 2024, 10:41“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasında daha bir avtomobil uduldu: Kampaniya noyabradək uzadıldı07 / 10 / 2024, 10:22DİN "toy karvanı" iştirakçılarına müraciət edib07 / 10 / 2024, 10:17Bakıda hərbi sursatlar aşkarlanıb07 / 10 / 2024, 10:11
Bütün xəbərlər