Xalq şairi Musa Yaqub dəfn edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Xalq şairi Musa Yaqub dəfn edilib

13:25 - 08 / 05 / 2021
Xalq şairi Musa Yaqub dəfn edilib

Dünən dünyasını dəyişən Azərbaycanın Xalq şairi Musa Yaqub dəfn edilib.

1news.az bildirir ki, Xalq şairi ilə vida mərasimi İsmayıllı rayonunun Buynuz kəndində, yaşadığı evdə keçirilib. O Buynuz kənd qəbiristanlığında həyat yoldaşının yanında dəfn olunub.

Xatırladaq ki, Musa Yaqub 1937-ci il mayın 10-da İsmayıllı rayonunun Buynuz kəndində anadan olub. 1973-cü ildən o Azərbaycan Yazıçılar İttifaqında müxtəlif vəzifələrdə çalışıb.

Musa Yaqub uzun müddət parkinson xəstəliyindən əziyyət çəkirdi.

O 24 may 2019-cu ildə "Azərbaycan Respublikasının xalq şairi" fəxri adına layiq görülüb.

1news.az

Paylaş:
475

Son xəbərlər

Bütün xəbərlər