Neftçala rayon Xolqarabucaq sabiq sədrinin cinayət işi məhkəməyə göndərilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Neftçala rayon Xolqarabucaq sabiq sədrinin cinayət işi məhkəməyə göndərilib

Qafar Ağayev14:13 - 08 / 05 / 2021
Neftçala rayon Xolqarabucaq sabiq sədrinin cinayət işi məhkəməyə göndərilib

Neftçala rayon sakinlərinin rayonun Xolqarabucaq bələdiyyəsinin sabiq sədri Qismət Qəfərovun qanunsuz hərəkətləri barədə rayon prokurorluğuna daxil olmuş kollektiv müraciətləri əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq aparılıb.

Neftçala rayon prokurorluğundan 1news.az-a verilən məlumata görə, istintaqla müəyyən edilmişdir ki, Qismət Qəfərov bələdiyyə sədri işləyərkən ayrı-ayrı şəxslərdən qaimə-faktura və ödəniş tapşırıqlarından qanunsuz istifadə etməklə müxtəlif texnoloji avadanlıqların, mebel əşyalarının və yanacaq məhsulunun alınması ilə bağlı bələdiyyənin büdcəsindən həmin şəxslərin hesabına müəyyən pul məbləğlərini ödəməklə öz şəxsi məqsədləri üçün istifadə edib ümümilikdə xeyli məbləğdə bələdiyyə əmlakını mənimsəmiş, bundan başqa icarə müqaviləsinin müddətinin uzadılması məqsədilə müraciət etmiş kənd sakini Anar Əmrahova zor tətbiq etməklə qəsdən sağlamlığına yüngül zərər vurub.

Qismət Qəfərov Cinayət Məcəlləsinin 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə) və 309.2 (zor tətbiq etməklə vəzifə səlahiyyətlərini aşma) maddələri ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Paylaş:
511

Son xəbərlər

Milli Marketinq Forumunun ikinci günü uğurla yekunlaşdı! - FOTO29 / 06 / 2024, 19:10Qəzzada ölən fələstinlilərin yeni sayı açıqlanıb29 / 06 / 2024, 18:07Xəzər dənizinin Bilgəh sahili tullantılardan təmizlənib29 / 06 / 2024, 17:35Dağlıq ərazilərdə qeyri-sabit hava şəraiti davam edir - FAKTİKİ HAVA29 / 06 / 2024, 17:17Türkiyə hərbçiləri İraq və Suriyada 10 terrorçunu öldürüb29 / 06 / 2024, 16:59Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı təsdiqlənib29 / 06 / 2024, 16:25MSK-nın iclası keçirilir, növbədənkənar parlament seçkilərinə rəsmən start verilir29 / 06 / 2024, 16:15Mədəniyyət Nazirliyi “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə qoşulacaq29 / 06 / 2024, 15:55Azərbaycan və Belarus arasında malların mənşəyi ilə bağlı imzalanmış Protokol təsdiqlənib29 / 06 / 2024, 15:42Bakıda yük avtomobilindən texnika yola aşıb - YENİLƏNİB29 / 06 / 2024, 15:23Tərtərdə baş verən yol qəzasında iki nəfər yaralanıb29 / 06 / 2024, 14:52Şamaxıda qarpızla dolu yük avtomobili dərəyə aşıb29 / 06 / 2024, 14:36Abşeron rayonunda torpaq sahəsinin normativ qiyməti ayrıca müəyyən ediləcək29 / 06 / 2024, 14:184 saylı doğum evinin mama-ginekoloqu rüşvətə görə işdən çıxarılıb29 / 06 / 2024, 13:46Zakir Həsənov Macarıstan Milli Assambleyasının sədr müavini ilə əməkdaşlıq perspektivlərini müzakirə edib29 / 06 / 2024, 13:22Sabahın hava proqnozu açıqlanıb29 / 06 / 2024, 12:58Bakıda fermadan “Makarov” oğurlanıb, oğru və ferma sahibini polis saxlayıb - FOTO29 / 06 / 2024, 12:36Qubada qanunsuz tikintinin qarşısı alınıb29 / 06 / 2024, 12:22Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri29 / 06 / 2024, 12:06Astarada 16 yaşlı qız asılı vəziyyətdə tapılıb - YENİLƏNİB29 / 06 / 2024, 11:41
Bütün xəbərlər