Bir neçə şəhid ailəsi və qazi vaksinasiya olunub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bir neçə şəhid ailəsi və qazi vaksinasiya olunub - FOTO

S.Xankişiyeva11:28 - 08 / 05 / 2021
Bir neçə şəhid ailəsi və qazi vaksinasiya olunub - FOTO

Mayın 7-də bir neçə şəhid ailəsi və qazi vaksinasiya olunub.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, mayın 7-də “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinin Baş ofisində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) dəstəyi ilə Birliyin üzvü olan bir çox şəhid ailəsi və qazilər vaksinasiya edilib.

İctimai Birliyin sədri Zamin Zeynalov bildirib ki, təşkilatların TƏBİB-lə birgə belə tibbi əhəmiyyətli təşəbbüsü həyata keçirməkdə əsas məqsəd dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin COVID-19-la mübarizə sahəsində həyata keçirdiyi tapşırıq və tövsiyələrinə uyğun olaraq belə bir zamanda İctimai təşəbbüs göstərilməsini vacib hesab edərək vətəndaş cəmiyyətinə töhfə verməkdir.

Paylaş:
273

Son xəbərlər

Bütün xəbərlər