Bu günün statistikası: 371 nəfər koronavirusa yoluxub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu günün statistikası: 371 nəfər koronavirusa yoluxub

S.Xankişiyeva16:42 - 10 / 05 / 2021
Bu günün statistikası: 371 nəfər koronavirusa yoluxub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 371 yeni yoluxma faktı qeydə alınıb, 892 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 18 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 327 087 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 307 011 nəfər müalicə olunaraq sağalıb, 4 698 nəfər vəfat edib, aktiv xəstə sayı 15 378 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6946, ötən müddət ərzində isə ümumilikdə 3 337 931 test aparılıb.

Paylaş:
583

Son xəbərlər

Bütün xəbərlər