“OBA” marketlər şəbəkəsindən Tərtərdə baş verən hadisə ilə bağlı açıqlama | 1news.az | Xəbərlər
Cəmiyyət

“OBA” marketlər şəbəkəsindən Tərtərdə baş verən hadisə ilə bağlı açıqlama

S.Xankişiyeva16:25 - 11 / 05 / 2021
“OBA” marketlər şəbəkəsindən Tərtərdə baş verən hadisə ilə bağlı açıqlama

“OBA” marketlər şəbəkəsi 8 may tarixində Tərtərin Qaradağlı kəndində şəhidlərimizin şəkillərinin çıxarılması haqqında yayılan xəbər ilə əlaqədar açıqlama verib.

Hadisə Tərtərin Qaradağlı kəndində yerləşən “OBA” marketdə mağaza üzərindəki reklam löhvəsinin dəyişdirilməsi zamanı baş verib. Şəhidlərimizin şəkilləri müvəqqəti olaraq çıxarılıb yenisiylə əvəz edilərkən diqqətsizlik ucbatından şəkillərdən biri zədələnib.

Qeyd edək ki, bu hadisəyə “OBA” market əməkdaşı deyil, çöl reklamlarının vurulmasından məsul olan reklam agentliyi əməkdaşının diqqətsizliyi səbəb olub.

Hüquq mühafizə orqanları bu hala səbəb olan şəxslə bağlı dərhal lazımi tədbir görüb.

Şəhid, qazi və əsgər ailələrini hər zaman yüksək qiymətləndirən və sosial layihələrində onlara mühüm yer verən “OBA” marketlər şəbəkəsi belə bir hadisədə adının hallanmasıyla əlaqədar təəssüf hissi keçirir.

Məlumat üçün qeyd edək ki, şirkət 7 may tarixində Ramazan bayramı ilə əlaqədar şəhid, qazi və əsgər ailələrini nəzərdə tutan yardım layihəsi həyata keçirib, Xocavənd rayonunun şəhid ailələrini qapı-qapı ziyarət edərək ərzaq qutuları paylayıb.

“OBA” marketlər şəbəkəsi şəhid və əsgərlərimizə hər zaman xüsusi həssaslıqla yanaşır, həyata keçirdiyi yardım layihələrində onları daim diqqətində saxlayır.

“OBA” marketlər şəbəkəsi bildirir ki, şəhidlərimizin əziz xatirəsinə qarşı hər hansı bir hörmətsizlik yolverilməzdir və bu cür diqqətsizliyə səbəb olan reklam agentliyinin əməkdaşı barəsində lazımi cəza tədbiri görülüb.

Reklam hüququnda

Paylaş:
1079

Son xəbərlər

QDİƏT-in turizmlə bağlı iclası Azərbaycanın sədrliyi ilə baş tutub07 / 05 / 2024, 17:50Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb07 / 05 / 2024, 17:49Azərbaycanda hərracda 20 nəqliyyat vasitəsi özəlləşdirilib07 / 05 / 2024, 17:46Əli Əsədov Ankarada Anıtqəbiri ziyarət edib07 / 05 / 2024, 17:34Novruz Məmmədov vəzifəsindən azad edildi07 / 05 / 2024, 17:31Ev dustaqlığında olan vəzifəli şəxs həbs edildi07 / 05 / 2024, 17:26Bakıda qaçırdığı avtomobillə yol qəzası törətmiş yeniyetmə saxlanılıb - FOTO - VİDEO07 / 05 / 2024, 17:12Vəkillər Kollegiyasının rəhbərliyinin iştirakı ilə Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib07 / 05 / 2024, 17:09Bakıda iaşə obyektindəki hadisənin qida zəhərlənməsi ilə heç bir əlaqəsi olmayıb - AQTA-dan açıqlama - YENİLƏNİB07 / 05 / 2024, 16:45Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir07 / 05 / 2024, 16:42Ukraynadan Azərbaycana gətirilən 20 ton ət məhsulu yararsız çıxıb07 / 05 / 2024, 16:26İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü başa çatıb - YENİLƏNİB07 / 05 / 2024, 16:12“EFES - 2024” təliminə cəlb edilən Azərbaycan Ordusunun növbəti heyəti Türkiyəyə yola düşüb - VİDEO07 / 05 / 2024, 16:08Bolqarıstan Prezidenti Azərbaycana rəsmi səfərə gəlib07 / 05 / 2024, 16:04Sumqayıtda təhsil müəssisəsində 250 min manatdan artıq pul vəsaiti mənimsənilib07 / 05 / 2024, 15:59İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB07 / 05 / 2024, 15:47Bakıdan Rusiya sərhədinə gedən magistral yolda piyada keçidi inşa edilib07 / 05 / 2024, 15:38Azərbaycan Prezidentinin adından Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verilib07 / 05 / 2024, 15:26Dənizdə dalğanın hündürlüyü 4.4 metrə çatıb - Faktiki hava07 / 05 / 2024, 15:19Moody’s Beynəlxalq Reytinq Agentliyi Kapital Bank-ın reytinq qiymətləndirməsini açıqlayıb07 / 05 / 2024, 14:59
Bütün xəbərlər