Lənkəranda evdə 3 kiloqramdan artıq narkotik aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Lənkəranda evdə 3 kiloqramdan artıq narkotik aşkarlanıb

16:12 - 12 / 05 / 2021
Lənkəranda evdə 3 kiloqramdan artıq narkotik aşkarlanıb

Lənkəranda yaşayış evində 3 kiloqramdan artıq narkotik aşkarlanıb.

Daxili İşlər Nazirliyindən 1news.az-a bildirilib ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran rayon sakini M.Ağayev saxlanılıb. Polis əməkdaşları tərəfindən keçirilən baxış zamanı onun yaşadığı evin həyətindəki qarajdan bir ədəd torbada 3 kiloqram 210 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Paylaş:
414

Son xəbərlər

Bütün xəbərlər