Saatlıda gecə saatlarında qanunsuz fəaliyyət göstərən çayxana aşkarlanıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Saatlıda gecə saatlarında qanunsuz fəaliyyət göstərən çayxana aşkarlanıb - FOTO

Qafar Ağayev12:48 - 12 / 05 / 2021
Saatlıda gecə saatlarında qanunsuz fəaliyyət göstərən çayxana aşkarlanıb - FOTO

Saatlıda karantin qaydalarını pozaraq gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlandı.

DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan 1news.az-a verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman sanitar-epidemioloji normaları pozaraq gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlayıblar.

Şöbə əməkdaşları tərəfindən çayxananın fəaliyyəti dərhal dayandırılıb, çayxananın icarədarı A.Zeynalov və orada olan 8 müştəri barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.

Paylaş:
695

Son xəbərlər

Bütün xəbərlər