Şəhid ailələri və müharibə əlillərinə daha 50 mənzil təqdim olundu - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəhid ailələri və müharibə əlillərinə daha 50 mənzil təqdim olundu - FOTO

Qafar Ağayev17:03 - 13 / 05 / 2021
Şəhid ailələri və müharibə əlillərinə daha 50 mənzil təqdim olundu - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu gün Bakının Ramana qəsəbəsində daha 50 mənzil şəhid ailələri, Qarabağ müharibəsi və Çernobıl əlillərinə təqdim edilib.

Nazirlikdən 1news.az-a verilən məlumata görə, tədbirdə Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədr müavini Zaur İbrahimov və Mina qurbanlarının Sosial-İqtisadi Problemlərinin həllinə Kömək İctimai Birliyinin sədri Məmmədhəsən Həsənov iştirak ediblər.

Müqəddəs Ramazan bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edən Z.İbrahimov Prezident İlham Əliyevin şəhid ailələri və müharibə əlillərinə xüsusi qayğısından bəhs edib.

Qeyd olunub ki, dövlət başçısının 25 yanvar 2021-ci il tarixli Sərəncamı ilə 2021-2025-ci illərdə şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 11 min, o cümlədən 2021-ci ildə 3 minədək mənzil və fərdi ev veriləcək. Bu gün verilən 50 mənzil də daxil olmaqla 2021-ci ilin planı üzrə artıq 420 mənzil şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə, müharibə əlillərinə bərabər tutulan vətəndaşlara təqdim edilib. Ümumilikdə indiyədək bu kateqoriyalardan olanlara 9620 mənzil və fərdi ev verilib.

2021-ci ilin sonunadək ölkəmizin rayonlarında şəhid ailələri və müharibə əlilləri üçün 450 fərdi ev də tikilərək təqdim olunacaq.

M.Həsənov həssas əhali qruplarının sosial müdafiəsinin daim dövlətin diqqət mərkəzində olduğunu vurğulayıb. O bildirib ki, şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatı proqramının miqyasının ildən-ilə genişlənməsi də bunun bir təzahürüdür.

Mənzillərlə təmin olunan vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, bu bayram günündə mənzillə təmin olunduqlarına görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.

Paylaş:
1269

Son xəbərlər

AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32Azərbaycan və Braziliya arasında turizm əlaqələri müzakirə olunub - FOTOBu gün, 10:12Bu gündən bəzi məktəblərdə dərslər başlayıbBu gün, 09:41AMB günün valyuta məzənnəsini açıqladıBu gün, 09:20Paytaxt yollarında vəziyyət necədir? - NİİM açıqladıBu gün, 09:17Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37
Bütün xəbərlər