Şuşanın icra başçısı “Xarıbülbül” festivalında yatdı - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Şuşanın icra başçısı “Xarıbülbül” festivalında yatdı - FOTO

10:24 - 14 / 05 / 2021
Şuşanın icra başçısı “Xarıbülbül” festivalında yatdı - FOTO

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov "Xarıbülbül" musiqi festivalını izləyərkən yuxuya gedib.

1news.az Pravda.az-a istinadən bildirir ki, B.Səfərovun fotosu sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Qeyd olunub ki, icra başçısı 2018-ci ildə "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda da yuxuya getmişdi.

B.Səfərovla əlaqə saxlasaq da, zənglərimizə cavab vermədi.

1news.az

Paylaş:
837

Son xəbərlər

Bütün xəbərlər