Azərbaycanda 17 maya olan koronavirus statistikası açıqlandı
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 426 yeni yoluxma faktı qeydə alınıb, 515 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 330269 nəfər koronavirus infeksiyasına yoluxub.Onlardan 315415 nəfər müalicə olunaraq sağalıb, 4 792 nəfər vəfat edib, aktiv xəstə sayı 10 162 nəfərdir.
Ölkədə son sutka ərzində 8877, hazırkı dövrədək isə 3 392 930 test aparılıb.
Azərbaycanda COVID-19 əleyhinə aparılan vaksinasiya ilə bağlı məlumat
1115