Bu gündən məktəblər açılır | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gündən məktəblər açılır

00:10 - 17 / 05 / 2021
Bu gündən məktəblər açılır

Mayın 17-dən Bakı, Sumqayıt, Gəncə və Şəki şəhərlərinin, Abşeron rayonunun ərazisində yerləşən ümumi və məktəbdənkənar təhsil müəssisələrində əyani tədris forması qismən bərpa ediləcək.

1news.az xəbər verir ki, Təhsil Nazirliyi kollegiyasının müvafiq qərarına əsasən, bu gündən etibarən Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda yerləşən ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq mərhələsində və ümumi orta təhsil səviyyəsində (V-IX siniflərdə) tədris həftədə 2 dəfə, ibtidai təhsil səviyyəsində isə (I-IV siniflərdə) həftədə 3 dəfə olmaqla əyani formada təşkil ediləcək.

Gəncə və Şəki şəhərlərində yerləşən, layihə tutumu və şagird sıxlığı təhsilalanlar arasında ən azı 1.5 metr məsafəni gözləməyə imkan verən məktəblərin icma əsaslı təlim qrupları və məktəbəhazırlıq mərhələsində tədris həftədə 4 dəfə, ümumi orta təhsil səviyyəsində (I-IX siniflərdə) həftədə 5 dəfə əyani şəkildə təşkil olunacaq.

Qeyd olunan şəhərlərdə layihə tutumu və şagird sıxlığı təhsilalanlar arasında ən azı 1.5 metr məsafəni gözləməyə imkan verməyən məktəblərin icma əsaslı təlim qrupları və məktəbəhazırlıq mərhələsində isə həftədə 2 dəfə, ümumi orta əhsil səviyyəsində (I-IX siniflərdə) həftədə 3 dəfə olmaqla əyani aparılacaq.

Bakı, Sumqayıt, Şəki və Gəncə şəhərlərinin, Abşeron rayonunun ərazisində yerləşən xüsusi məktəblər, xüsusi internat məktəbləri və inteqrasiya təlimli internat tipli təhsil müəssisələrinin xüsusi siniflərində (I-IX siniflərdə) həftədə 5 dəfə olmaqla dərslər əyani bərpa ediləcək. Xüsusi məktəblərin ibtidai və ümumi orta təhsil səviyyəsində (I-IX siniflərdə), karlar, zəif eşidən və sonradan karlaşmış və kor şəxslər, həmçinin nitqi qüsurlu şəxslər üçün xüsusi internat məktəblərinin ibtidai və ümumi orta təhsil səviyyəsində tədris (I-XI, I-XII, I-X, I-IX siniflərdə) həftədə 5 dəfə olmaqla əyani keçiriləcək.

Həmçinin Bakı, Sumqayıt, Şəki və Gəncə şəhərlərinin, Abşeron rayonunun ərazisində yerləşən məktəbdənkənar təhsil müəssisələrində aşağı və orta yaş qruplarında (I-IX siniflər) dərnək məşğələləri həftədə 2 dəfə olmaqla əyani aparılacaq.

Qeyd edək ki, aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi distant (məsafədən) formaya keçirilmişdi.

1news.az

Paylaş:
257

Son xəbərlər

İlham Əliyev Malayziyanın Parlament Senatının prezidentini qəbul edibBu gün, 11:14“BakıKART” artıq m10-da!Bu gün, 11:02Bakıda mənzildən 60 min manatlıq qızıl-zinət əşyaları oğurlanıbBu gün, 10:59Autizmin əlamətləri hansılardır? - Psixoloqla MÜSAHİBƏBu gün, 10:45Bakıda 86 dayanacaq pavilyonu quraşdırılacaqBu gün, 10:37Kamaləddin Qafarov: “Azərbaycan nefti və qazı Avropaya uzun illər lazım olacaq”Bu gün, 10:26İrandan Azərbaycana 6 kq narkotik keçirilməsinin qarşısı alınıb - FOTOBu gün, 10:25“Ən yaxşı snayper” adı uğrunda yarış keçirilib - VİDEOBu gün, 10:12İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edibBu gün, 10:11Azərbaycanın iki gimnastı Serbiyada beş medal qazanıbBu gün, 10:03Komissiya katibi: Natiq Qasımovun qalıqlarının tapılması asan olmayacaqBu gün, 09:54Ötən gün axtarışda olan 59 nəfər saxlanıldıBu gün, 09:42Yardımlıda mal-qara oğurlayan şəxslər saxlanılıblarBu gün, 09:37Goranboyda 1200 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıbBu gün, 09:24AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:20Ölkəmizdə ilk dəfə İnteryer Mebel Forumu (İMF2024) keçiriləcək!Bu gün, 09:18Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib - VİDEOBu gün, 09:13Arvadını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulubBu gün, 09:11Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:06Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıbBu gün, 08:48
Bütün xəbərlər