Azərbaycan nefti bahalaşıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan nefti bahalaşıb

Qafar Ağayev13:54 - 18 / 05 / 2021
Azərbaycan nefti bahalaşıb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 17-də 69,16 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,64 dollar/barel çoxdur.

1news.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 68,55 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,66 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 66,81 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,51 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 69,72 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,68 dollar/barel çoxdur.

Paylaş:
548

Son xəbərlər

Bütün xəbərlər