11 yaşlı Səidin atası: “Oğlumuzun həyatını xilas etmək üçün şans yaranıb. Xahiş edirəm, kömək edin!” – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

11 yaşlı Səidin atası: “Oğlumuzun həyatını xilas etmək üçün şans yaranıb. Xahiş edirəm, kömək edin!” – FOTO

S.Xankişiyeva09:32 - 19 / 05 / 2021
11 yaşlı Səidin atası: “Oğlumuzun həyatını xilas etmək üçün şans yaranıb. Xahiş edirəm, kömək edin!” – FOTO

3 ildir ki, amansız neyroblastoma xəstəliyi ilə mübarizə aparan 11 yaşlı Səid Alışlı haqqında artıq 2 dəfə məlumat vermişik.

Xatırladaq ki, xəstəlik aşkarlandıqdan sonra çoxsaylı kimya terapiyası seansları və əməliyyat keçirilməsinə baxmayaraq, qısamüddətli yüngülləşmədən sonra xəstəlik təzədən qayıdıb. Füzuli rayonundan məcburi köçkün olan Səidin ailəsinin maddi imkanı olduqca zəifdir. Ailədə yalnız ata işləyir, ana isə uşaqların qayğısına qalır (ailədə 2 uşaq var). Səid xəstələndikdən sonra ailənin qarşısında yalnız onun həyatını xilas etmək məqsədi dayanıb.

Sosial şəbəkələr və 1news.az saytındakı paylaşım vasitəsilə Səidin ailəsi mIBG ilə sintiqrafiya müayinəsindən keçmək üçün vəsait toplamışdır. Görüntü əldə etməyin bu üsulu radionuklid diaqnostikasına aiddir. Bu üsuldan əsasən simpatik sinir sistemində şişi aşkarlamaq üçün istifadə olunur. Uşaqlarda və yeniyetmələrdə belə şişlərə neyroblastoma və feokromositoma, eləcə də onların metastazları daxildir. Təəssüf ki, belə bir müayinə Azərbaycanda aparılmadığından Səidin valideynləri əvvəlcə onu Moskvaya aparmaq istəmişlər. Lakin koronavirus pandemiyası və 2020-ci ildə sərhədlərin bağlanması buna mane olmuşdur. Uşağın müalicəsi Bakıda davam etdirilmiş, lakin ötən il ərzində 8 kimya terapiyası seansı həyata keçirilsə də, onun səhhətində yaxşılaşma qeydə alınmamışdır. Həkimlər ona təyin olunmuş müalicə protokollarının artıq təsir etmədiyi qənaətinə gəlmişlər...

Lakin Səid və onun valideynləri təslim olmaq istəmirdilər. Qohumların məsləhəti ilə onlar Ankarada yerləşən “Gülhanə” dövlət xəstəxanasına müraciət etmiş, müalicənin daha ucuz başa gəlməsi üçün Səidin atası Azərbaycanın Türkiyədəki səfirliyinə müraciət edərək “türk-soy” statusu almışdır.

Uzun müddət ərzində ilk dəfə olaraq bu xəstəxanada Səidə və valideynlərinə ümid bəxş etmişlər. Belə ki, həkimlər onun sağalmaq üçün şanslarının olduğunu bildirmişlər. Hazırda növbəti müalicə kursu başa çatmaq üzrədir, lakin daha effektiv, eyni zamanda da daha bahalı növbəti müalicə kursu tələb olunur.

Məsələ burasındadır ki, Səidin 20 qutu çox bahalı “Qarzibа” preparatına ehtiyacı var. 1 qutu preparat 10 min ABŞ dolları dəyərində olduğundan, bütün müalicə kursu üçün təxminən 200 min avro tələb olunur.

“Səidin həyatını xilas edə biləcək dərmanın yalnız bir qutusu üçün pul yığa bilmişik. Xahiş edirik, müalicə kursu üçün tələb olunan preparat qutularının heç olmasa yarısı üçün pul yığmaqda bizə köməklik edəsiniz. Hazırda Səidin sağalmağa doğru getdiyini görmək bizim üçün çox vacibdir. Biganə olmayan bütün şəxslərdən oğlumuzun həyatını xilas etmək üçün bizə köməklik göstərməyi xahiş edirəm. Belə bir şansın yarandığı bir zamanda bu xüsusilə vacibdir”, - deyə oğlanın atası Sadiq Alışov deyib.

Biz də Səidin valideynlərinə qoşulur və biganə olmayan bütün insanlardan onun taleyində rol oynamağa çağırırıq. Aşağıda bütün tibbi sənədlərin görüntülərini, eləcə də bank məlumatlarını dərc edirik.

Card-to-Card vasitəsilə Kapital Bankın 4169 7385 6719 9066 nömrəli kart (Leyla Alishova) hesabına köçürməklə maddi yardım edə bilərsiniz.

“MilliÖn” və “E-manat” terminalları vasitəsilə də kömək edə bilərsiniz. Bunun üçün “Bank xidmətləri”, “Kapital Bank”, “Hesabın doldurulması”, Leyla Alışovanın adına “Hesab nömrəsi: 4169 7385 6719 9066” seçin (bəzən CİF kodu tələb oluna bilər: 99 86 854).

Ölkə xaricindən də yardım etmək mümkündür:

Rusiyanın “Sberbank”ının kartı:

4817 7602 4965 7416

Ağayeva Zülfiyyə Maarif qızı

Türkiyənin “Ziraat Bankası”nın kartı

5124 4001 2248 5750

Sagid Alishov

İBAN: TR620001000842968435365001

Əlaqə vasitələri:

Sadiq Alışov (Səidin atası) - (051) 796 58 00

Leyla Alışova (Səidin anası) - (051) 660 39 30

Allah bütün xeyirxah insanlardan razı olsun!

Paylaş:
696

Son xəbərlər

COP29: Azərbaycan qlobal danışıqlar platforması statusunu gücləndirir07 / 10 / 2024, 21:18Xızıda kanalda meyiti tapılan şəxsin kimliyi məlum olub07 / 10 / 2024, 17:45Qazaxda yaşadığı evdə narkotik vasitə və odlu silah saxlayan şəxs saxlanılıb07 / 10 / 2024, 17:38Şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQ07 / 10 / 2024, 17:19İlham Əliyev Rusiyaya səfərə gəlib - FOTO07 / 10 / 2024, 16:59NİİM: Ziya Bünyadov prospekti istiqamətində təmirə görə sıxlıq yaranıb07 / 10 / 2024, 16:19MEDİA: Azərbaycan Prezidenti adından saxta məlumat yayılıb07 / 10 / 2024, 16:02Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıb07 / 10 / 2024, 15:44Sabirabadda dayı bacısı oğlunu avtomobillə vurub07 / 10 / 2024, 15:25Həyat yoldaşı Leyla və 8 aylıq körpəsini öldürən şəxs ömürlük azadlıqdan məhrum edilib07 / 10 / 2024, 14:49Xaricdə təhsil almış 233 nəfərin diplomu tanınmayıb07 / 10 / 2024, 14:07“Suriya və İraqdan 8 Azərbaycan vətəndaşı repatriasiya edilib” - XİN07 / 10 / 2024, 13:32Sabahın hava proqnozu07 / 10 / 2024, 13:19Umico.az-da ilk alış-verişinizi kreditlə aylıq cəmi 0.33 %-dən başlayan komissiya ilə edin!07 / 10 / 2024, 11:49Kapital Bank-ın Depozit lotereyasının 1-ci tirajının qalibləri bəlli oldu07 / 10 / 2024, 11:32Göygöldə əqrəb sancan müəllim ölüb07 / 10 / 2024, 11:13Binədə düşən davada bir nəfər bıçaqlanıb07 / 10 / 2024, 10:41“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasında daha bir avtomobil uduldu: Kampaniya noyabradək uzadıldı07 / 10 / 2024, 10:22DİN "toy karvanı" iştirakçılarına müraciət edib07 / 10 / 2024, 10:17Bakıda hərbi sursatlar aşkarlanıb07 / 10 / 2024, 10:11
Bütün xəbərlər