“Eurovision-2021”də Azərbaycan olan səsverməni bu şəxslər elan edəcək - ADLAR | 1news.az | Xəbərlər
Mədəniyyət

“Eurovision-2021”də Azərbaycan olan səsverməni bu şəxslər elan edəcək - ADLAR

Qafar Ağayev09:33 - 18 / 05 / 2021
“Eurovision-2021”də Azərbaycan olan səsverməni bu şəxslər elan edəcək - ADLAR

İctimai Televiziya və Radio Yayımları Şirkəti “Eurovision-2021” mahnı müsabiqəsində Azərbaycandan olan səsverməni elan edəcək şəxslərin adlarını açıqlayıb.

İTV-nin mətbuat katibi Aynurə Asimqızının 1news.az-a verdiyi məlumata görə, məşhur mahnı müsabiqəsində iştirakçılara ölkəmizdən münsiflər tərəfindən veriləcək səsləri 10 il öncə, 2011-ci ildə 221 xalla birinci olaraq “Eurovision”u Azərbaycana gətirən Eldar Qasımov və Nigar Camal elan edəcək.

Eldar və Nigar yarışmanın qaydalarına əsasən mayın 22-də final gecəsi iştirakçıların taleyini həll edəcək jüri ballarını İctimai Televiziyanın canlı efirində səsləndirəcək. Verilən xallar müsabiqə iştirakçılarının aktivinə əlavə olunacaq.

Qeyd edək ki, yarımfinal mərhələləri bu gün və may ayının 20-də keçiriləcək mahnı müsabiqəsində təmsilçimiz Efendi “Mata Hari” adlı bəstə ilə birinci yarımfinalda çıxış edəcək.

Şüarı “Open up!” olan müsabiqənin Azərbaycan üzrə şərhçiləri isə müğənni Murad Arif və aparıcı Hüsniyə Məhərrəmova olacaq.

Müsabiqə İctimai Televiziyanın efirində canlı olaraq yayımlancaq.

Paylaş:
2029

Son xəbərlər

Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparırBu gün, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTOBu gün, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırışBu gün, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edibBu gün, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJBu gün, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaqBu gün, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıbBu gün, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıbBu gün, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşübBu gün, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilibBu gün, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılırBu gün, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaqBu gün, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənirBu gün, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdiBu gün, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldıBu gün, 15:11Goranboyda qadın bıçaqlanıbBu gün, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTOBu gün, 14:19Qubada iki avtomobil toqquşubBu gün, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olubBu gün, 14:02ƏMDX növbəti torpaq hərraclarını elan edibBu gün, 13:51
Bütün xəbərlər