“Xarıbülbül festivalı Azərbaycanın qələbəsinin təntənəsidir”- Mənsum İbrahimov | 1news.az | Xəbərlər
Cəmiyyət

“Xarıbülbül festivalı Azərbaycanın qələbəsinin təntənəsidir”- Mənsum İbrahimov

12:00 - 18 / 05 / 2021
“Xarıbülbül festivalı Azərbaycanın qələbəsinin təntənəsidir”- Mənsum İbrahimov

“Xarıbülbül musiqi festivalı adi bir mədəniyyət hadisəsi deyil, tarixi bir hadisədir, sözün əsl mənasında Azərbaycanın qələbəsinin təntənəsidir”.

Bunu 1news.az-a Xalq artisti Mənsum İbrahimov 12-13 may tarixlərində Şuşada keçirilmiş Xarıbülbül musiqi festivalı ilə bağlı təəssüratlarını bölüşərkən deyib. Musiqi beşiyimiz olan Şuşada yenidən bu möhtəşəm tədbirin keçirilməsi münasibətilə Azərbaycan xalqını təbrik edən Xalq artisti Xarıbülbül festivalının gələcək illərdə beynəlxalq formada daha möhtəşəm şəkildə keçiriləcəyindən əminliyini ifadə edib:

“Bu möhtəşəm festival münasibətilə xalqımızı təbrik edirəm, hər birimizin gözü aydın olsun. Festivalın keçirilməsi həm də dünyaya bir mesaj oldu ki, bu torpaqlar bizimdir, onun sahibi qayıdıb.

Festivalda ölkəmizin bir çox tanınmış ziyalıları, musiqiçiləri iştirak etdilər. Festivalda iştirak edən hər bir şəxs çox xoşbəxt idi. Çünki 30 il işğal altında qalmış, müzəffər Ordumuzun azad etdiyi müqəddəs şəhərimizə getmişdik”.

M.İbrahimov Heydər Əliyev Fondu tərəfindən çox qısa müddətdə təşkil olunan Xarıbülbül festivalının çox yüksək səviyyədə keçdiyini bildirib:

“Cümə məscidində bayram namazının qılınması, Quranımızın səslənməsi, azanımızın oxunması, festivalın sonunda möhtəşəm atəşfəşanlığın olması bizdə böyük qürur hissi yaratdı. Atəşfəşanlığı Xankəndidən izləyən ermənilər isə bir daha əmin oldular ki, Qarabağ Azərbaycan torpağıdır.

Bu gün hər kəs Şuşaya, işğaldan azad olunmuş torpaqlarımıza getmək istəyir. Bəzi insanlar isə gedə bilmədikləri üçün narazılıq edirlər. Deyirəm ki, nə gözəl narazılıqdır. Təki bizim narazılığımız belə şeylərə görə olsun. Bir il bundan qabaq biz Şuşaya getməyi arzulayırdıq. Bu gün isə bu arzu reallığa çevrilib.

Hazırda işğal olunmuş ərazilərimizdə böyük tikinti-quruculuq işləri görülür, abidələrimiz bərpa edilir, infrstruktur qurulur, yeni yollar çəkilir. Bildiyiniz kimi, orda möhtəşəm bir məscidin, yeni məktəbin təməli qoyuldu. Bir sözlə, çox qısa müddətdə işğaldan azad olunmuş ərazilərdə çox böyük dəyişikliklərin şahidi olacağıq və arzu edən hər kəs gedib bunları öz gözləri ilə görə biləcək”.

Xarıbülbül musiqi festivalında “Qaçaq Nəbi” xalq mahnısını ifa edən M.İbrahimov bu mahnının təsadüfən seçilmədiyini diqqətə çatdırıb:

“Məlum olduğu kimi, ”Qaçaq Nəbi” mahnısı Zəngəzurun simvoludur. Azərbaycanın xalq qəhrəmanı Qaçaq Nəbi uzun illər həyat yoldaşı və silahdaşı Həcər xanımla birgə Zəngəzur mahalında çar hökumətinə və mənfur qonşularımıza qarşı mübarizə aparıb. Bu mahnı da həmin dövrdə yaranıb. Bu mahnını ifa etməklə həm də ermənilərə bir mesaj verdik ki, gec-tez tarixi torpağımız olan Zəngəzura da qayıdacayıq”.

Xalq artisti yaxın gələcəkdə Şuşada və işğaldan azad olunmuş digər ərazilərimizdə reallaşmasını istədiyi arzu və istəklərini də bölüşüb:

“Düşünürəm ki, biz gələcəkdə Qarabağda mədəniyyət sahəsində çox böyük işlər görməliyik və görəcəyik də. Şuşada, Ağdamda və digər bölgələrimizdə muğam mərkəzləri, böyük konsert salonları tikiləcək. Şuşada opera binasının tikilməsini çox istəyərdim. Çünki Şərqin ilk operası olan “Leyli və Məcnun” operası dahi bəstəkarımız Üzeyir Hacıbəyovun doğulduğu torpaqda – Şuşada yaranıb. Ən böyük arzum isə Şuşada Məcnun kimi səhnəyə çıxmaqdır.

Eyni zamanda Şuşada Milli Konservatoriyanın filialının yaradılması çox vacibdir. Çünki məlum olduğu kimi, Şuşa bizim musiqi beşiyimiz, Qafqazın konservatoriyasıdır. Bir sözlə, Şuşanın əvvəlki şöhrəti özünə qayıtmalıdır və qayıdacaq da, o gün uzaqda deyil”.

B.Cahandarov

Paylaş:
1023

Son xəbərlər

Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilə tullantısız gələcək - FOTOBu gün, 12:58“Azneft”in rəhbərini işdən çıxardı - Yeni təyinatBu gün, 12:41Mərkəzi Bank: Azərbaycanda manata inam qorunub saxlanılıbBu gün, 12:38Sabah qərb küləyi əsəcək - ProqnozBu gün, 12:22“Azərbaycan” gəmi-bərəsi yenidən istismara qaytarılıb - FOTOBu gün, 12:15Meşə fondu torpaqlarında bayram günlərində 100 mindən artıq ağac əkilibBu gün, 12:12Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 12:10Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşübBu gün, 11:59Ermənistanın Baş naziri “mühacir Qarabağ hökumətini” tanımadığını bildiribBu gün, 11:53Ağdərədə odlu silah-sursat aşkarlandıBu gün, 11:46DTX 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb - VİDEOBu gün, 11:29Mərkəzi Bank uçot dərəcəsini endiribBu gün, 11:14Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak üçün qeydiyyat elan edilibBu gün, 10:57Naxçıvanda avtomobil yolunda qaya uçqunu oldu - VİDEOBu gün, 10:38TKTA-dan xarici diplomların tanınmasındakı vacib məqamla bağlı ÇAĞIRIŞBu gün, 10:24Əli Nağıyev: Taleyinə aydınlıq gətirilmiş daha 73 itkinin adı yaxın günlərdə ictimaiyyətə açıqlanacaqBu gün, 10:21Xankəndidə 7 qumbara, 6 qumbaraatan tapılıbBu gün, 10:20Hərbi institutun kursantları ilə praktiki məşğələlər keçirilib - VİDEOBu gün, 10:13
Bütün xəbərlər