“Nar”ın regionlar üzrə 4G istifadəçilərinin sayı artıb | 1news.az | Xəbərlər
Cəmiyyət

“Nar”ın regionlar üzrə 4G istifadəçilərinin sayı artıb

S.Xankişiyeva15:30 - 19 / 05 / 2021
“Nar”ın regionlar üzrə 4G istifadəçilərinin sayı artıb

Mobil operatorun bölgələrə xüsusi diqqət ayırması sayəsində 2021-ci ilin birinci rübü ərzində regionlar üzrə 4G istifadəçilərinin sayında 42% yüksəliş qeydə alınıb.

Buna “Nar”ın regionlarda baza stansiyalarının sayını artırması, paytaxtla yanaşı, bölgələrdə satış və xidmət mərkəzlərini yeniləməsi, sərfəli tarif və paketlər, eyni zamanda “Nar+” tətbiqi vasitəsilə müştəri xidmətlərinin daha rahat və əlçatan olması təsir edib.

Hər zaman müştərilərinin ehtiyaclarını qarşılamağı hədəfləyən mobil operator 2021-ci ilin ilk rübü ərzində regionlarda 30-a yaxın yeni baza stansiyası quraşdırıb. Paytaxtla yanaşı, regionlarda da şəbəkənin təkmilləşdirilməsi “Nar” abunəçilərinin kəsintisiz və sürətli internetdən istifadəsini daha da artırıb. Qeyd edək ki, “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 90%-ni əhatə edir və 8740-dan artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib.

Reklam hüququnda

Paylaş:
303

Son xəbərlər

COP29: Azərbaycan qlobal danışıqlar platforması statusunu gücləndirir07 / 10 / 2024, 21:18Xızıda kanalda meyiti tapılan şəxsin kimliyi məlum olub07 / 10 / 2024, 17:45Qazaxda yaşadığı evdə narkotik vasitə və odlu silah saxlayan şəxs saxlanılıb07 / 10 / 2024, 17:38Şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQ07 / 10 / 2024, 17:19İlham Əliyev Rusiyaya səfərə gəlib - FOTO07 / 10 / 2024, 16:59NİİM: Ziya Bünyadov prospekti istiqamətində təmirə görə sıxlıq yaranıb07 / 10 / 2024, 16:19MEDİA: Azərbaycan Prezidenti adından saxta məlumat yayılıb07 / 10 / 2024, 16:02Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıb07 / 10 / 2024, 15:44Sabirabadda dayı bacısı oğlunu avtomobillə vurub07 / 10 / 2024, 15:25Həyat yoldaşı Leyla və 8 aylıq körpəsini öldürən şəxs ömürlük azadlıqdan məhrum edilib07 / 10 / 2024, 14:49Xaricdə təhsil almış 233 nəfərin diplomu tanınmayıb07 / 10 / 2024, 14:07“Suriya və İraqdan 8 Azərbaycan vətəndaşı repatriasiya edilib” - XİN07 / 10 / 2024, 13:32Sabahın hava proqnozu07 / 10 / 2024, 13:19Umico.az-da ilk alış-verişinizi kreditlə aylıq cəmi 0.33 %-dən başlayan komissiya ilə edin!07 / 10 / 2024, 11:49Kapital Bank-ın Depozit lotereyasının 1-ci tirajının qalibləri bəlli oldu07 / 10 / 2024, 11:32Göygöldə əqrəb sancan müəllim ölüb07 / 10 / 2024, 11:13Binədə düşən davada bir nəfər bıçaqlanıb07 / 10 / 2024, 10:41“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasında daha bir avtomobil uduldu: Kampaniya noyabradək uzadıldı07 / 10 / 2024, 10:22DİN "toy karvanı" iştirakçılarına müraciət edib07 / 10 / 2024, 10:17Bakıda hərbi sursatlar aşkarlanıb07 / 10 / 2024, 10:11
Bütün xəbərlər