Cəbrayılda iki su elektrik stansiyasının tikintisinin başa çatacağı müddət açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Cəbrayılda iki su elektrik stansiyasının tikintisinin başa çatacağı müddət açıqlanıb

S.Xankişiyeva17:08 - 19 / 05 / 2021
Cəbrayılda iki su elektrik stansiyasının tikintisinin başa çatacağı müddət açıqlanıb

Cəbrayıl rayonunda iki su elektrik stansiyasının tikintisini 2 - 2,5 il ərzində bitirmək planlaşdırılır.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bunu Azərbaycan Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru vəzifələrini icra edən Təbriz Ammayev deyib.

Onun sözlərinə görə, su elektrik stansiyaları "Xudafərin" və "Qız qalası" su qovşaqlarında inşa olunacaq: "Ümumi gücü 140 meqavatt olan bu stansiyaların tikintisi Azərbaycanın ekoloji təmiz elektrik enerjisi ilə təmin olunmasına xüsusi töhfə verəcək. Azad edilmiş ərazilərdə bərpa olunan enerji mənbələrinin potensialının səmərəli istifadəsi üçün tədbirlər planı hazırlanır. Tədbirlər planı yüksək günəş və külək enerjisi potensialı olan rayonlarda ölçü-müşahidə stansiyalarının qurulması, eləcə də bərpa olunan enerji potensialının dəqiq hesablanması üzrə işləri əhatə edir".

T.Ammayev əlavə edib ki, ilkin hesablamalara əsasən, istismara verildikdən sonra bu su elektrik stansiyaları ildə 356 milyon kilovatt-saat elektrik enerjisi istehsal edəcək.

Paylaş:
314

Son xəbərlər

COP29: Azərbaycan qlobal danışıqlar platforması statusunu gücləndirir07 / 10 / 2024, 21:18Xızıda kanalda meyiti tapılan şəxsin kimliyi məlum olub07 / 10 / 2024, 17:45Qazaxda yaşadığı evdə narkotik vasitə və odlu silah saxlayan şəxs saxlanılıb07 / 10 / 2024, 17:38Şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQ07 / 10 / 2024, 17:19İlham Əliyev Rusiyaya səfərə gəlib - FOTO07 / 10 / 2024, 16:59NİİM: Ziya Bünyadov prospekti istiqamətində təmirə görə sıxlıq yaranıb07 / 10 / 2024, 16:19MEDİA: Azərbaycan Prezidenti adından saxta məlumat yayılıb07 / 10 / 2024, 16:02Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıb07 / 10 / 2024, 15:44Sabirabadda dayı bacısı oğlunu avtomobillə vurub07 / 10 / 2024, 15:25Həyat yoldaşı Leyla və 8 aylıq körpəsini öldürən şəxs ömürlük azadlıqdan məhrum edilib07 / 10 / 2024, 14:49Xaricdə təhsil almış 233 nəfərin diplomu tanınmayıb07 / 10 / 2024, 14:07“Suriya və İraqdan 8 Azərbaycan vətəndaşı repatriasiya edilib” - XİN07 / 10 / 2024, 13:32Sabahın hava proqnozu07 / 10 / 2024, 13:19Umico.az-da ilk alış-verişinizi kreditlə aylıq cəmi 0.33 %-dən başlayan komissiya ilə edin!07 / 10 / 2024, 11:49Kapital Bank-ın Depozit lotereyasının 1-ci tirajının qalibləri bəlli oldu07 / 10 / 2024, 11:32Göygöldə əqrəb sancan müəllim ölüb07 / 10 / 2024, 11:13Binədə düşən davada bir nəfər bıçaqlanıb07 / 10 / 2024, 10:41“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasında daha bir avtomobil uduldu: Kampaniya noyabradək uzadıldı07 / 10 / 2024, 10:22DİN "toy karvanı" iştirakçılarına müraciət edib07 / 10 / 2024, 10:17Bakıda hərbi sursatlar aşkarlanıb07 / 10 / 2024, 10:11
Bütün xəbərlər