Magistraturaya ikinci qəbul imtahanı bu vaxt keçiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Magistraturaya ikinci qəbul imtahanı bu vaxt keçiriləcək

Qafar Ağayev09:51 - 19 / 05 / 2021
Magistraturaya ikinci qəbul imtahanı bu vaxt keçiriləcək

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının II cəhdi mayın 26-da keçiriləcəkdir.

Dövlət İmtahan Mərkəzindən 1news.az-a verilən məlumata görə, “İmtahana buraxılış vərəqəsi” və “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni çap etmək üçün https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=8 linkinə daxil olmaq lazımdır.

Qeyd olunub ki, bakalavrlar imtahana gələrkən özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əsli, “İmtahana buraxılış vərəqəsi” və “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, bakalavr imtahana buraxılmır.

Paylaş:
498

Son xəbərlər

Bütün xəbərlər