Bu gün keçirilən imtahanın nəticələrinin açıqlanacağı tarix bəlli oldu | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gün keçirilən imtahanın nəticələrinin açıqlanacağı tarix bəlli oldu

Qafar Ağayev15:17 - 20 / 05 / 2021
Bu gün keçirilən imtahanın nəticələrinin açıqlanacağı tarix bəlli oldu

Bu gündən başlayaraq Dövlət İmtahan Mərkəzində (DİM) imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. Nəticələrin yaxın 2-3 gün ərzində elan edilməsi nəzərdə tutulur.

Bu barədə 1news.az-a DİM-dən bildirilib.

Xatırladaq ki, mayın 20-də DİM tərəfindən tədris Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin IX və XI sinif şagirdləri üçün buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) fənnindən test imtahanı keçirilib.

Paylaş:
496

Son xəbərlər

Bütün xəbərlər