Bu gün 14 nəfər koronavirusdan vəfat edib - STATİSTİKA | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gün 14 nəfər koronavirusdan vəfat edib - STATİSTİKA

Qafar Ağayev16:37 - 20 / 05 / 2021
Bu gün 14 nəfər koronavirusdan vəfat edib - STATİSTİKA

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 437 yeni yoluxma faktı qeydə alınıb, 893 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib.

Azərbaycanda ümumilikdə 329843 nəfər COVID-19-a yoluxub, 4779 nəfər vəfat edib
İndiyədək ölkədə ümumilikdə 331 477 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 318 502 nəfər müalicə olunaraq sağalıb, 4 828 nəfər vəfat edib, aktiv xəstə sayı 8 147 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 569, ötən müddət ərzində isə ümumilikdə 3 425 183 test aparılıb.

Həmçinin bax:

Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

Paylaş:
942

Son xəbərlər

Bütün xəbərlər