Şəhid ailələri və müharibə əlillərinə daha 50 mənzil təqdim olundu - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəhid ailələri və müharibə əlillərinə daha 50 mənzil təqdim olundu - FOTO

S.Xankişiyeva16:04 - 21 / 05 / 2021
Şəhid ailələri və müharibə əlillərinə daha 50 mənzil təqdim olundu - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Sabunçu rayonu, Ramana qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə daha 50 mənzil təqdim olunub.

Nazirlikdən 1news.az-a verilən məlumata görə, mənzillərin sənədlərini Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov və Nazirlik yanında İctimai Şuranın sədri Elşad Məmmədov təqdim ediblər.

Bildirilib ki, Prezident İlham Əliyevin 25 yanvar 2021-ci il tarixli Sərəncamı şəhid ailələri və müharibə əlillərinə xüsusi qayğının növbəti təzahürüdür. Sərəncamla 2021-2025-ci illərdə şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 11 min mənzil və fərdi evin verilməsi nəzərdə tutulub. O cümlədən bu il ərzində 3 minədək mənzil və fərdi ev bu kateqoriyadan olan vətəndaşlara təqdim ediləcək. Onlardan artıq 470-i verilib. Ümumilikdə indiyədək şəhid ailələrinə, müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə 9670 mənzil və fərdi ev verilib.

Möhtəşəm Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə şəhidlərimizin ailə üzvlərini, qaziləri, müharibə əlillərini əhatə edən sosial dəstək paketi də qeyd edilib. Həmin vətəndaşlara sosial ödənişlərin proaktiv təyinatının həyata keçirildiyi, onların sosial-psixoloji dəstək, reabilitasiya xidmətləri və vasitələri ilə təminatı, məşğulluq məsələlərinin operativ həlli sahələrində mühüm işlər aparıldığı diqqətə çatdırılıb. Bu dəstək paketinin artıq 21 mindən çox şəxsi əhatə etdiyi vurğulanıb.

Yeni mənzillə təmin olunan vətəndaşlar şəhid ailələri və müharibə əlillərinin rifah halının yaxşılaşdırılması, sosial təminatlarının gücləndirilməsi istiqamətində aparılan işlərdən razılıqla bəhs ediblər. Onlar göstərilən qayğıya, müasir tələblərə uyğun yaşayış şəraiti olan mənzillərlə təmin olunduqlarına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Paylaş:
600

Son xəbərlər

Beyləqanda narkokuryerlərdən 15 kq marixuana aşkarlanıbBu gün, 09:15Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb - SİYAHIBu gün, 09:05COP29: Azərbaycan qlobal danışıqlar platforması statusunu gücləndirir07 / 10 / 2024, 21:18Xızıda kanalda meyiti tapılan şəxsin kimliyi məlum olub07 / 10 / 2024, 17:45Qazaxda yaşadığı evdə narkotik vasitə və odlu silah saxlayan şəxs saxlanılıb07 / 10 / 2024, 17:38Şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQ07 / 10 / 2024, 17:19İlham Əliyev Rusiyaya səfərə gəlib - FOTO07 / 10 / 2024, 16:59NİİM: Ziya Bünyadov prospekti istiqamətində təmirə görə sıxlıq yaranıb07 / 10 / 2024, 16:19MEDİA: Azərbaycan Prezidenti adından saxta məlumat yayılıb07 / 10 / 2024, 16:02Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıb07 / 10 / 2024, 15:44Sabirabadda dayı bacısı oğlunu avtomobillə vurub07 / 10 / 2024, 15:25Həyat yoldaşı Leyla və 8 aylıq körpəsini öldürən şəxs ömürlük azadlıqdan məhrum edilib07 / 10 / 2024, 14:49Xaricdə təhsil almış 233 nəfərin diplomu tanınmayıb07 / 10 / 2024, 14:07“Suriya və İraqdan 8 Azərbaycan vətəndaşı repatriasiya edilib” - XİN07 / 10 / 2024, 13:32Sabahın hava proqnozu07 / 10 / 2024, 13:19Umico.az-da ilk alış-verişinizi kreditlə aylıq cəmi 0.33 %-dən başlayan komissiya ilə edin!07 / 10 / 2024, 11:49Kapital Bank-ın Depozit lotereyasının 1-ci tirajının qalibləri bəlli oldu07 / 10 / 2024, 11:32Göygöldə əqrəb sancan müəllim ölüb07 / 10 / 2024, 11:13Binədə düşən davada bir nəfər bıçaqlanıb07 / 10 / 2024, 10:41“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasında daha bir avtomobil uduldu: Kampaniya noyabradək uzadıldı07 / 10 / 2024, 10:22
Bütün xəbərlər