“McDonald's Azərbaycan” şirkətinin əməkdaşları Bakı şəhərinin yaşıllaşdırılması ilə bağlı aksiya keçiriblər – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“McDonald's Azərbaycan” şirkətinin əməkdaşları Bakı şəhərinin yaşıllaşdırılması ilə bağlı aksiya keçiriblər – FOTO

09:37 - 24 / 05 / 2021
“McDonald's Azərbaycan” şirkətinin əməkdaşları Bakı şəhərinin yaşıllaşdırılması ilə bağlı aksiya keçiriblər – FOTO

“McDonald's Azərbaycan” şirkəti ağac əkini ilə bağlı ekoloji aksiya keçirib.

Şirkətdən 1news.az saytına bildiriblər ki, aksiya May ayının 21-də Bakı şəhəri Səbail rayonunda təşkil edilmişdir. “McDonald's Azərbaycan” şirkətinin 50-dən çox əməkdaşının iştirak etdiyi paytaxtın yaşıllaşdırılması aksiyasında 200-dək zeytun tingi əkilib.

Qeyd edək ki, zeytun ağacları Abşeronun iqlimi üçün ideal ağaclardan biri hesab olunur. Bu ağaclar isti havaya dözümlülüklə yanaşı, sərinlik və kölgə yaradır.

Səbail Rayon İcra Hakimiyyətinin dəstəyi ilə təşkil edilmiş ağacəkmə aksiyası Azərbaycanda karantin rejimi qaydalarına tam riayət etməklə həyata keçirilmişdir.

“McDonald's Azərbaycan” şirkətinin əməkdaşlarının sözlərinə görə, təşəbbüskarı olduqları aksiyanın əsas məqsədi paytaxtda “Yaşıl” zonaların sayını artırmaq, ağac əkinini populyarlaşdırmaq və ətraf mühitin mühafizəsinə töhfə verməkdir. Ətraf mühitin qayğısına qalmaq və “McDonald's”ın təmsil olunduğu bütün şəhərlərin ictimai həyatında aktiv iştirak etmək şirkətin əsas amillərindən biridir.

Paylaş:
457

Son xəbərlər

Azərbaycan neftinin qiyməti 83 dollara yaxınlaşıbBu gün, 09:31Beyləqanda narkokuryerlərdən 15 kq marixuana aşkarlanıbBu gün, 09:15Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb - SİYAHIBu gün, 09:05COP29: Azərbaycan qlobal danışıqlar platforması statusunu gücləndirir07 / 10 / 2024, 21:18Xızıda kanalda meyiti tapılan şəxsin kimliyi məlum olub07 / 10 / 2024, 17:45Qazaxda yaşadığı evdə narkotik vasitə və odlu silah saxlayan şəxs saxlanılıb07 / 10 / 2024, 17:38Şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQ07 / 10 / 2024, 17:19İlham Əliyev Rusiyaya səfərə gəlib - FOTO07 / 10 / 2024, 16:59NİİM: Ziya Bünyadov prospekti istiqamətində təmirə görə sıxlıq yaranıb07 / 10 / 2024, 16:19MEDİA: Azərbaycan Prezidenti adından saxta məlumat yayılıb07 / 10 / 2024, 16:02Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıb07 / 10 / 2024, 15:44Sabirabadda dayı bacısı oğlunu avtomobillə vurub07 / 10 / 2024, 15:25Həyat yoldaşı Leyla və 8 aylıq körpəsini öldürən şəxs ömürlük azadlıqdan məhrum edilib07 / 10 / 2024, 14:49Xaricdə təhsil almış 233 nəfərin diplomu tanınmayıb07 / 10 / 2024, 14:07“Suriya və İraqdan 8 Azərbaycan vətəndaşı repatriasiya edilib” - XİN07 / 10 / 2024, 13:32Sabahın hava proqnozu07 / 10 / 2024, 13:19Umico.az-da ilk alış-verişinizi kreditlə aylıq cəmi 0.33 %-dən başlayan komissiya ilə edin!07 / 10 / 2024, 11:49Kapital Bank-ın Depozit lotereyasının 1-ci tirajının qalibləri bəlli oldu07 / 10 / 2024, 11:32Göygöldə əqrəb sancan müəllim ölüb07 / 10 / 2024, 11:13Binədə düşən davada bir nəfər bıçaqlanıb07 / 10 / 2024, 10:41
Bütün xəbərlər