Ötən gün 33 yanğın olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən gün 33 yanğın olub

Qafar Ağayev11:37 - 21 / 05 / 2021
Ötən gün 33 yanğın olub

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 33 yanğına çıxış, 4 halda köməksiz vəziyyətdə qalma faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Nazirlikdən 1news.az-a verilən məlumata görə, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 5 nəfər xilas olunub.

Paylaş:
446

Son xəbərlər

Bütün xəbərlər