Kəlbəcər və Gədəbəydə yerləşən mövqelərimiz atəşə tutuldu

Mayın 24-dən 26-dək Azərbaycan Ordusunun Kəlbəcər və Gədəbəy rayonlarında yerləşən mövqeləri Ermənistan Respublikasının Geqarkunik vilayəti ərazisindəki düşmən mövqelərindən fasilələrlə atıcı silahlardan atəşə tutulub.
1news.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, cavab atəşi açılmayıb. İtki yoxdur.
733