Ən yüksək bal toplayan məzun: Əlindən kitab düşmür, telefonu belə yoxdur

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 29-30 apreldə keçirilən buraxılış imtahanlarında 1 nəfər maksimal - 300 bal toplayıb. İmtahanda rekorda imza atan şəxs Şəmkir rayonu, Düyərli kənd 2 saylı orta məktəbinin məzunu Ayxan Kazımovdur.
1news.az milli.az-a istinadən xəbər verir ki, Ayxanın atası Seymur Kazımov azvision.az -a açıqlamasında oğlunun təhsilə böyük marağının olduğunu bildirib.
"Uşaqlıqdan oxumağa böyük həvəsi olub. Hər zaman yüksək qiymətlər alıb. Kitab, dəftər əlindən düşməyib. Telefon belə işlətmir. 9-cu sinifdən repetitor yanına gedib".
S.Kazımovun sözlərinə görə, Ayxan sənədlərini Bakı Ali Neft məktəbinə vermək niyyətindədir: "Bu sahəyə böyük marağı var. İnformasiya təhlükəsizliyi fakültəsini seçmişik. Görək necə olacaq".
Qeyd edək ki, Ayxan Kazımov 2 il əvvəl 9-cu sinif səviyyəsi üzrə buraxılış imtahanında da 256.2 bal toplamaqla yüksək nəticə göstərib.
1news.az