Naxçıvan dağlarında bəbir cəsədi aşkarlandı - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Naxçıvan dağlarında bəbir cəsədi aşkarlandı - FOTO

16:25 - 27 / 05 / 2021
Naxçıvan dağlarında bəbir cəsədi aşkarlandı - FOTO

Naxçıvan Muxtar Respublikasının (MR) Ordubad rayonunda bəbir ölüb.

1news.az xəbər verir ki, bu barədə Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyi məlumat yayıb.

Məlumata görə, Ordubad rayonu ərazisində dəniz səviyyəsindən 1 915 metr hündürlükdə qalın qar örtüyü əridikdən sonra yarıçürümüş halda bəbir cəsədi aşkarlanıb:

"Hadisə yerinə Naxçıvan MR təbiəti mühafizə və hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. İlkin müayinələr zamanı güllə yarası aşkar edilməyib.

Yumşaq toxumalardan analiz üçün nümunələr götürülüb. Bəbirin ölümünə səbəbin təbii amillər, xüsusən də qar uçqunu olduğu nəticəsinə gəlinib.

Heyvanın cəsədi təbii parçalanma prosesi bitdikdən sonra skelet formasında saxlanılacaq.

Hadisə yerində olan dövlət təmsilçiləri cəsədin baş və pəncələrini təsadüfi adamlar tərəfindən aparılmasın deyə artıq götürüblər".

WWF Azərbaycan nümayəndəliyindən qeyd edilib ki, həmin bəbir əvvəllər kameralara düşməyib:

"Təəssüf doğuran məqam isə də odur ki, tələf olan fərd dişi idi və yerli populyasiyanın inkişafında əsaslı rol oynaya bilərdi. Təbiətin qanunları belədir - doğum olan yerdə ölüm də olur".

1news.az

Paylaş:
587

Son xəbərlər

Xəzərin sahilində 200 kiloqramdan çox narkotik aşkarlanıb, üç nəfər saxlanılıbBu gün, 14:32Moskvada İlham Əliyevin Vladimir Putinlə görüşü başlayıbBu gün, 13:18Çərşənbə gününün hava proqnozuBu gün, 12:49Misirdə Azərbaycan nümayəndə heyətinin iştirakı ilə COP29 Simulyasiya Konfransı başlayıbBu gün, 12:25Ziya Bünyadov və Atatürk prospektlərinin kəsişməsində yol qəzası olubBu gün, 12:14“COP29 yaxınlaşdıqca anti-Azərbaycan qüvvələrin Azərbaycana qarşı təzyiqləri güclənir”Bu gün, 11:49FHN: Ötən sutka 9 nəfər xilas edilibBu gün, 11:26Bakıda ahıl şəxsləri aldadaraq pullarını ələ keçirən iki nəfər polis tərəfindən saxlanılıbBu gün, 11:02Dünya bazarlarında qızıl cüzi ucuzlaşıbBu gün, 10:38BŞİH-də növbəti müşavirə keçirilibBu gün, 10:06Şuşaya növbəti köç karvanı yola salınıb - FOTOBu gün, 09:43Azərbaycan neftinin qiyməti 83 dollara yaxınlaşıbBu gün, 09:31Beyləqanda narkokuryerlərdən 15 kq marixuana aşkarlanıbBu gün, 09:15Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb - SİYAHIBu gün, 09:05COP29: Azərbaycan qlobal danışıqlar platforması statusunu gücləndirir07 / 10 / 2024, 21:18Xızıda kanalda meyiti tapılan şəxsin kimliyi məlum olub07 / 10 / 2024, 17:45Qazaxda yaşadığı evdə narkotik vasitə və odlu silah saxlayan şəxs saxlanılıb07 / 10 / 2024, 17:38Şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQ07 / 10 / 2024, 17:19İlham Əliyev Rusiyaya səfərə gəlib - FOTO07 / 10 / 2024, 16:59NİİM: Ziya Bünyadov prospekti istiqamətində təmirə görə sıxlıq yaranıb07 / 10 / 2024, 16:19
Bütün xəbərlər