Azərbaycanda aktiv COVID-19 xəstəsi 5620 oldu - Mayın 27-nə olan STATİSTİKA
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 220 yeni yoluxma faktı qeydə alınıb, 553 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 333317 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 322806 nəfər müalicə olunaraq sağalıb, 4891 nəfər vəfat edib, aktiv xəstə sayı 5620 nəfərdir.
Ölkədə son sutka ərzində 9369, hazırkı dövrədək isə 3486391 test aparılıb.
Bu gün vaksin vurduranların sayı 50 mini keçdi - FOTO
1003