Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb – CƏDVƏL | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb – CƏDVƏL

S.Xankişiyeva16:44 - 29 / 05 / 2021
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb – CƏDVƏL

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 38889 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 34008, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4881 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 2208074, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1313364, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 894710 təşkil edir.

Paylaş:
429

Son xəbərlər

Bütün xəbərlər