Vətən müharibəsində itkin düşmüş daha bir hərbçinin nəşi tapılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Vətən müharibəsində itkin düşmüş daha bir hərbçinin nəşi tapılıb

Qafar Ağayev14:26 - 31 / 05 / 2021
Vətən müharibəsində itkin düşmüş daha bir hərbçinin nəşi tapılıb

Vətən müharibəsində itkin düşmüş daha bir hərbçinin nəşi tapılıb.

1news.az xəbər verir ki, bu barədə APA-ya şəhidin yaxınları məlumat verib.

Bildirilib ki, Neftçala rayonu, Dalğa kənd sakini, 2001-ci il təvəllüdlü əsgər İmanov Məmmədağa İqab oğlunun nəşinin aşkar edilməsi barədə onlara məlumat verilib.

Qeyd edək ki, Beyləqan rayonunda hərbi xidmətdə olan əsgər sonuncu dəfə 2020-ci ilin sentyarın 29-da ailəsi ilə əlaqə saxlayıb. Bundan sonra isə ondan xəbər olmayıb.

Şəhid sabah Neftçala rayon qəbiristanlığında dəfn olunacaq.

Paylaş:
668

Son xəbərlər

Bütün xəbərlər