“Müharibə və uşaqlar” - “Çıxışa doğru”da MÜZAKİRƏ | 1news.az | Xəbərlər
Cəmiyyət

“Müharibə və uşaqlar” - “Çıxışa doğru”da MÜZAKİRƏ

20:06 - 01 / 06 / 2021
“Müharibə və uşaqlar” - “Çıxışa doğru”da MÜZAKİRƏ

Müharibə, dağıntılar, ölüm, atəş səsləri, yaxınlarını itirmək qorxusu...

Yaşından asılı olmayaraq hər kəs üçün bunu qəbul etmək çətindir. Kiçik yaşlarında kimsəsiz qalmaq, başının üzərindən şütüyən güllələrin səsi uşaqların psxikasına zədə vurur.

Uşaqlara müharibə necə izah edilməlidir? "Müharibə, ölüm xəbərləri, şiddət və təcavüzün əks olunduğu görüntüləri gördükləri və ya eşitdikləri zaman bu onların beynində xüsusi olaraq qalır və həmin gördüklərinin bir gün öz başlarına da gələcəyi qorxusu ilə yaşayırlar", - deyən mütəxəssislər vurğulayırlar ki, qorxu yaşamaq hər zaman "travma almaq" demək deyil. Bəzi uşaqlarda müharibənin varlığı sadəcə qorxu kimi qəbul edilsə də, bəzi uşaqlarda bu travma yarada bilər.

Uşaqlarda müharibənin qorxu kimi qəbul edilməsi problemi valideyn və psixoloqlar tərəfindən rahat aradan qaldırıla bilər. "Müharibənin yaxşı və ya pis olduğunu izah edərkən çalışmaq lazımdır ki, uşaqlara qəddarlıq ruhu aşılanmasın. Uşaqlara müharibədə insanların zərər gördüyünü izah etməliyik. Bəzən deyirlər ki, uşaqları belə xəbərlərdən uzaq tutmalıyıq. Amma nə qədər uzaq tuta bilərik?

1News-un məlumatına görə, AzTV-nin “Çıxışa doğru” verilişində “Müharibə və uşaqlar” mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – polkovnik leytenant Mehman Qənbərovun oğlu Nurlan Qənbərov, mayor İlkin Əhədzadənin qızı Fidan Əhədzadə, mayor Emin Süleymanovun oğlu Bəhmən Süleymanov, komandir, leytenant Natiq Baxşəliyevin oğlu Yunus Baxşliyev, polkovnik leytenant Həmdəm Ağayevin qızı Aysu Ağayeva və "Zəfər" şəhid ailələrinə dəstək İB-nin sədri Sevinc Alızadə mövzu ətrafında müzakirə aparıblar.

“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

Paylaş:
694

Son xəbərlər

Bütün xəbərlər