Bakıda “Bazarstore”da güclü yanğın olub - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda “Bazarstore”da güclü yanğın olub - VİDEO

09:24 - 03 / 06 / 2021
Bakıda “Bazarstore”da güclü yanğın olub - VİDEO

Axşam saatlarında Bakının Yasamal rayonu ərazisində yerləşən “Bazarstore” mağazalar şəbəkəsinin filialında güclü yanğın olub.

1news.az xəbər verir ki, bunu əks etdirən görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Hadisə yerinə FHN-in yanğınsöndürənlərinin cəlb olunduğu, yanğın nəticəsində xəsarət alanın olmadığı bildirilir.

Fövqəladə Hallar Nazirliyi baş vermiş yanğınla bağlı məlumat yayıb. Məlumatda deyilir:

“Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu 8 ünvanında baş vermiş yanğınla bağlı nazirliyin 112 xidmətinə məlumat daxil olduqdan sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub.

İlkin məlumata əsasən, marketə aid ümumi sahəsi 24 m² olan, dəmir konstruksiyalardan ibarət saxlanma yerində karton tullantıları və pəncərə çərçivəsi 8 m² sahədə yanıb. Yüksək temperaturdan kondisioner və generator qarsalanıb.

Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq saat 23:55-də tam söndürülüb. Market yanğından mühafizə olunub”.

1news.az

Paylaş:
570

Son xəbərlər

Bütün xəbərlər