Azərbaycan Memarlıq və İnşaat Universitetində WILO şirkətinin yeni laboratoriya kabinetinin açılışı olub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan Memarlıq və İnşaat Universitetində WILO şirkətinin yeni laboratoriya kabinetinin açılışı olub - FOTO

13:00 - 03 / 06 / 2021
Azərbaycan Memarlıq və İnşaat Universitetində WILO şirkətinin yeni laboratoriya kabinetinin açılışı olub - FOTO

2021-ci il iyunun 2-də Azərbaycan Memarlıq və İnşaat Universitetinin Mühəndis Sistemləri və Qurğularının Tikintisi kafedrasında bina və tikililər, su təsərrüfatı və sənaye sektoru üçün yüksək keyfiyyətli nasos avadanlıqlarının qabaqcıl istehsalçısı olan WILO şirkətinin yeni laboratoriya kabinetinin açılışı baş tutmuşdur.

Açılış mərasimində universitetin rektoru Gülçöhrə Məmmədova başda olmaqla AZMİU-nin rəhbərliyi, dekanlar və kafedra müdirləri, Almaniyanın Azərbaycandakı Səfirliyinin nümayəndəsi Zübeyde Oyan, Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Baumann, WILO SE şirkətinin texniki tədris müdiri Pavel Speranski, şirkətin Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri Çingiz Əhmədov və kollektivi iştirak etmişdir.

Çingiz Əhmədov qeyd etmişdir ki, bu layihə, Wilo şirkətinin layihəçilərin, mühəndislərin və tələbələrin ixtisasının artırılmasına yönəlmiş ilk layihəsi deyil. 15 ildir ki, şirkət tərəfindən nasos avadanlığı sahəsində mütəmadi olaraq seminarlar və təlimlər təşkil edilir.

1872-ci ildə əsası qoyulmuş və ilk dövriyyə nasosunun ixtiraçısı olan Vilhelm Oplenderin adını daşıyan şirkət artıq 100 ildən çoxdur ki, mürəkkəb texnologiyaları rahat, sadə və enerji baxımından səmərəli hala gətirməklə bazarda qabaqcıl mövqelərdən birini tutur.

Azərbaycanda WILO SE şirkəti 2004-cü ildən etibarən fəaliyyət göstərir.

Reklam hüququnda

Paylaş:
2017

Son xəbərlər

Bütün xəbərlər