Bərdədə həkimə hücum edən saxta əlilə qarşı cinayət işi açılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bərdədə həkimə hücum edən saxta əlilə qarşı cinayət işi açılıb

Qafar Ağayev15:37 - 08 / 06 / 2021
Bərdədə həkimə hücum edən saxta əlilə qarşı cinayət işi açılıb

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin həkim-ekspertinə qarşı xuliqanlıq faktı üzrə cinayət işi başlayıb.

DİN-in Mətbuat Xidmətindən 1news.az-a verilən məlumata görə, Bərdə rayon sakini, 1963-cü il təvəllüdlü Şamayıl Mustafayev heç bir səbəb olmadan ictimai qaydanı kobud surətdə pozaraq agentliyin həkim-ekspertini yumruqla vuraraq ona müxtəlif dərəcəli yüngül bədən xəsarətləri yetirib.

İstintaq tədbirlərilə hadisə yerinə baxış keçirilib, xəsarət alan həkim-ekspert zərərçəkmiş şəxs qismində tanınıb, məhkəmə tibb ekspertizasının rəyi və şahidlərin ifadələri alınıb.

Binəqədi RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.1-ci (Xuliqanlıq) maddəsilə başlayan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Paylaş:
457

Son xəbərlər

Bütün xəbərlər