Multikulturalizm Mərkəzi “Həqiqətin onomastikası” kitabının təqdimatını keçirib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Multikulturalizm Mərkəzi “Həqiqətin onomastikası” kitabının təqdimatını keçirib - FOTO

Qafar Ağayev21:38 - 09 / 06 / 2021
Multikulturalizm Mərkəzi “Həqiqətin onomastikası” kitabının təqdimatını keçirib - FOTO

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi “Həqiqətin onomastikası” kitabınıın onlayn təqdimat mərasimini keçirib. Kitab indiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması faktlarına həsr edilib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən 1news.az-a bildirilib ki, tədbirdə ölkəmizdəki milli və dini icmaların rəhbərləri, millət vəkilləri, alimlər və ziyalılar iştirak edib. Tədbirin moderatoru BBMM-in icraçı direktoru Rəvan Həsənov təqdimat mərasimini açıq elan edərək, kitabın yaranma ideyası və hazırlanma prosesi haqda geniş məlumat verib. O bildirib ki, Prezident İlham Əliyev 2020-ci il iyun ayının 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışı zamanı etdiyi çıxışda indiki Ermənistan Respublikası ərazisindəki coğrafi adların mütləq əksəriyyətinin Azərbaycan mənşəli olması vurğulanmışdı. Bu çıxışdan sonra mövzunun tədqiq və təbliğinə dair Azərbaycanın alim və mütəxəssislərinə verdiyi tövsiyəyə əsasən, Multikulturalizm Mərkəzinin təşkilatçılığı və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Dillər Universitetinin tarixçi alimləri, tarixi toponimlər, dilçilik və xəritəçəkmə üzrə təcrübəli mütəxəssislərinin cəlb olunması ilə “Həqiqətin onomastikası” adlı kitabı hazırlanaraq nəşr edilib.

Tədbirdə çıxış edən BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abullayev Azərbaycan həqiqətlərinin üzə çıxarılmasında bu kitabın ciddi bir addım olduğunu vurğulayıb. O qeyd edib ki, kitabı vərəqlədikcə bu dərəcədə aparılan saxtalaşdırmaya insan heyrət etməyə bilmir. Tarixin saxtalşadırılması isə dünya tarixində qəbul edilməz bir siyasi akt kimi qiymətləndirilir. K.Abdullayev çıxışını “Həqiqətin onomastikası” kitabı bizim vicdanımızın, əxlaqımızın kitabıdır” fikri ilə yekunlaşdırıb.

Sonra çıxış edən millət vəkili Ceyhun Məmmədov bildirib ki, yalanların ifşasına həmişə ehtiyac var. Bizim müharibəmiz bitsə də, mübarizəmiz hələ davam edir. Mübarizədə isə bu kimi ciddi faktlara əsaslanan ədəbiyyatların böyük rolu əvəzsisdir. C. Məmmədov çıxışı zamanı Azərbaycanın işğaldan azad olunmuş ərazilərində, eləcə də, vaxtilə azərbaycanlıların yaşadığı Ermənistan Respublikası ərazisində dağıdılmış dini və mədəni abidələr mövzusuna da toxundu.

M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov təqdim edilən kitabı yüksək qiymətləndirərək, beynəlxalq aləmdə bu kimi nəşrlərlə həqiqəti yaymağın əhəmiyyətini vurğuladı.

Kitabın həmmüəllifləri - Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, eləcə də filologiya üzrə elmlər doktoru, professor İbrahim Bayramov kitabın ərsəyə gəlməsində çəkilən fəaliyyətdən, görülən işlərdən söz açdılar. Qeyd edildi ki, erməni dilində mənbələrdən də geniş istifadə olunan bu kitab 20 illik tədqiqatların nəticəsi kimi ortaya çıxarılıb.

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid qeyd etdi ki, Azərbaycan əsgəri torpaqlarımızı erməni işğalından azad etdi, Azərbaycan alimləri isə “Həqiqətin onomastikası” kitabını gerçəkliklərin aynası kimi gələcəyə töhfə etdi.

Daha sonra çıxış edən Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, Azərbaycan Ukrayna Konqresi İctimai Birliyinin sədri Yuriy Osadçenko və digərləri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin nəşri olan “Həqiqətin onomastikası” kitabını erməni vandalizminin və erməni saxtakarlığının ən bariz nümunələrindən biri kimi qiymətləndirdilər. Qeyd edək ki, tarixi Azərbaycan torpaqlarında, indiki Ermənistan Respublikası ərazisində əsrlər boyu yaşamış azərbaycanlıların izlərinin silinməsi üçün bizə məxsus 1600-ə yaxın toponim, hidronim, oronimlərin kütləvi şəkildə dəyişdirilməsi və saxtalaşdırılması, bir çox yaşayış məntəqələrinin isə məqsədli şəkildə yer üzündən tamamilə silinməsi faktlarına həsr olunan kitabın yaxın zamanda ingilis və rus dillərində nəşri də nəzərdə tutulur. “Həqiqətin onomastikası” kitabında 737 yaşayış məntəqəsinin, ləğv edilmiş 499 kənd və qəsəbənin, adları dəyişdirilmiş 704 inzibati vahidin, 231 oronimin, 116 hidronimin, 137 yaylaq və qışlağın toponimlərinin tarixi və izahı verilib.

“Həqiqətin onomastikası” kitabının ideya müəllifi BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdulla, müəlliflər - filologiya üzrə elmlər doktoru, professor İbrahim Bayramov və tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, redaksiya heyətinin üzvləri BBMM-in icraçı direktoru Rəvan Həsənov, Azərbaycan Respublikası İşlər İdarəsinin Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev, Azərbaycan Coğrafiya Cəmiyyətinin sədri Ramiz Məmmədov, Milli Məclisin üzvü, tarix elmləri doktoru, professor Musa Qasımlı, Milli Məclisin üzvü, filologiya elmləri doktoru Əziz Ələkbərli, Milli Məclisin üzvü Musa Quliyev, “Geodeziya və Kartoqrafiya” MMC-nin direktor müavini Müqabil Bayramov, tarix üzrə elmlər doktoru Həcər Verdiyeva, filologiya elmləri doktoru Aslan Bayramov, filologiya üzrə fəlsəfə doktoru Kifayət İmamquliyeva, layihəyə məsul BBMM-in təhlilçisi Araz Qurbanovdur.

Paylaş:
553

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər