Sabahdan hava kəskin pisləşir - Xəbərdarlıq | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabahdan hava kəskin pisləşir - Xəbərdarlıq

14:36 - 10 / 06 / 2021
Sabahdan hava kəskin pisləşir - Xəbərdarlıq

İyunun 11-dən 14-dək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, 15-18, iyunun 12-i səhər yarımadanın bəzi yerlərində arabir 20 m/s-dək güclənəcəyi gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən 1news.az-a məlumat verilib. Bildirilir ki, iyunun 14-dək Azərbaycanın əsasən şimal və qərb rayonlarında qeyri-sabit hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir.

Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

1news.az

Paylaş:
267

Son xəbərlər

Bütün xəbərlər