Mehriban Vəliyeva direktorlarla görüş keçirdi, “Yay məktəbi” müzakirə olundu | 1news.az | Xəbərlər
Cəmiyyət

Mehriban Vəliyeva direktorlarla görüş keçirdi, “Yay məktəbi” müzakirə olundu

Qafar Ağayev10:40 - 11 / 06 / 2021
Mehriban Vəliyeva direktorlarla görüş keçirdi, “Yay məktəbi” müzakirə olundu

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri ilə onlayn görüş keçirilib.

1news.az-ın məlumatına görə, Onlayn görüşdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri və məktəb direktorları iştirak ediblər.

Görüşdə çıxış edən BŞTİ-nin müdiri Mehriban Vəliyeva Təhsil Nazirliyi tərəfindən həyata keçiriləcək “Yay məktəbi”nin təşkili baxımından nəzərdə tutulan tədbirlər barədə ətraflı məlumat verib. İdarə müdiri bildirib ki, “Yay məktəbi”nin təşkil olunmasının əsas məqsədi koronavirus pandemiyası və 2020-ci ilin payız aylarında hərbi vəziyyətlə bağlı tədris prosesində yaranmış fasilələrin nəticələrini aradan qaldırmaq, təhsilalanlara zəruri bilik və bacarıqlar verməkdən ibarətdir. Bütün ümumi təhsil müəssisələrində təşkil olunacaq yay məktəbində I-X sinif şagirdləri ödənişsiz və könüllü əsaslarla iştirak edəcək. Hər sinif üzrə minimum 3 şagirdin olması nəzərdə tutulub. Yay məktəbində I-IV siniflərdə tədris həftədə 5 dəfə gündə 3 saat olmaqla, V-X siniflərdə isə tədris həftədə 5 dəfə gündə 3-4 saat olmaqla təşkil olunacaq.

Bu işdə müəllim və direktorların yaradıcı imkanlarının da böyük rolu olduğunu deyən M.Vəliyeva birgə fəaliyyət nəticəsində bu mərhələnin də uğurla başa vurulacağına əminliyini ifadə edib.

İdarə müdiri, həmçinin təmirə görə bağlanan təhsil müəssisələrinin şagirdləri üçün “Yay məktəb”lərinin təşkili, şagirdlərdə “Yay məktəbi”nə marağın yaradılması, ekskursiyaların təşkili, təhsil işçilərinin vaksinasiyası, elektron jurnalların istifadəsi qaydası, yekun summativ qiymətləndirmə və digər cari məsələlərlə bağlı məktəb direktorlarının suallarını cavablandırıb, müvafiq təklif və tövsiyələrini səsləndirib.

Paylaş:
556

Son xəbərlər

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Romada NATO Müdafiə Kollecində olubBu gün, 17:39Ali Məhkəmənin sədri Qırğızıstanda səfərdə olubBu gün, 17:37Azərbaycan Səudiyyə İnkişaf Fondu ilə əlaqələri genişləndirmək istəyirBu gün, 17:29“Youtube” şirkətinin həmtəsisçisi Bakıda sammitdə iştirak edəcəkBu gün, 17:16İlham Əliyev Xankəndidə Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışında iştirak edibBu gün, 17:09Bakıda Orta Dəhliz ölkələrinin vahid assosiasiyasının yaradılması müzakirə olunduBu gün, 16:40Bakının Ələsgər Qayıbov küçəsində avtomobillə hərəkət tam məhdudlaşdırılacaqBu gün, 16:27Nərimanov rayon prokurorluğunun yeni binasının açılışı olubBu gün, 16:21QAİ ABŞ Konqresində keçirilmiş dinləmələrdə ölkəmizin əleyhinə səsləndirilən ittihamlarla bağlı bəyanat yaydıBu gün, 15:58“İnstagram”da qumarla kibercinayətkarlıq edən şəbəkə ifşa olunub, 9 nəfər tutulub - FOTOBu gün, 15:33Prezident Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB 2Bu gün, 15:22Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycanın Dövlət Suverenliyi gününü təbrik edibBu gün, 15:08Bakıda azyaşlıya qarşı zorakılıq edən şəxs işdən çıxarıldı - VİDEOBu gün, 14:58Birinci Qarabağ müharibəsinin şəhidi Tərlan Rüstəmovla vida mərasimi keçirilibBu gün, 14:55Səhiyyə Nazirliyi Zəngilanda ağciyər xəstəliklərinin erkən aşkarlanması ilə bağlı tibbi baxışlar keçiribBu gün, 14:34Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi Səfəralı Səfərov dəfn edilibBu gün, 14:25Sükan arxasında yuxusuzluq növbəti dəfə faciəvi sonluqla bitdiBu gün, 14:23Cahit Bağçı Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edibBu gün, 14:01Xəzərdə balıq ovu qaydalarını pozan şəxslər saxlanılıbBu gün, 13:45Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdürBu gün, 13:31
Bütün xəbərlər