Babəkin heykəlinin Bakıda ucaldılmasının gecikmə səbəbləri açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Babəkin heykəlinin Bakıda ucaldılmasının gecikmə səbəbləri açıqlanıb

15:15 - 12 / 06 / 2021
Babəkin heykəlinin Bakıda ucaldılmasının gecikmə səbəbləri açıqlanıb

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Babəkin heykəlinin postamenti qoyulsa da, heykəlin hələ də ucaldılmamasının səbəbini açıqlayıb.

1news.az xəbər verir ki, Eldar Əzizov APA-ya açıqlamasında bildirib ki, Babəkin heykəli ilə bağlı Nizami Rayon İcra hakimiyyəti və SOCAR təşəbbüslə çıxış ediblər.

"Hazırda təklifləri hazırlayırlar. Bir heykəlin hazırlanması üçün Komissiya yaradılır, götür-qoy edilir. Bakıda qoyulan heykəl memarlıq baxımından bir əsər kimi qəbul olunmalıdır. Layihə yaxın zamanda ictimaiyyətə təqdim olunacaq", - deyə E. Əzizov bildirib.

1news.az

Paylaş:
393

Son xəbərlər

Bütün xəbərlər