Azərbaycanda orijinal “Apple” məhsullarını haradan almalıyıq? | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda orijinal “Apple” məhsullarını haradan almalıyıq?

10:30 - 14 / 06 / 2021
Azərbaycanda orijinal “Apple” məhsullarını haradan almalıyıq?

Çoxlarının sevimli brendi olan Apple daim məhsul xəttini yeniləməkdə davam edir.

Lakin, bilirik ki, bazarın genişlənməsi ilə həm də sevimli brendimizin məhsullarını saxtalaşdırıb, orijinal adı ilə satmaq istəyənlərin də sayı artır. “Əgər siz də orijinal Apple məhsullarını haradan almalıyıq?” sualına cavab axtarırsınızsa, bu məqalə sizin üçündür.

“Kontakt Home”-la birgə keçirdiyimiz sorğuya əsasən, Azərbaycanda 63,5% insan Apple məhsullarını alarkən məhsulların orijinallığına, 25% həm orijinallığına, həm də sərfəli kredit şərtlərinə və yalnız 11,5% insan isə qiymətin daha ucuz olmasına üstünlük verir.

Sorğuda iştirak edənlərin 88,5% insanı sevindirəcək şərtlər məhz “Kontakt Home” mağazalar şəbəkəsində var.

Belə ki, “Apple” brendinin Azərbaycanda ən böyük rəsmi satış mərkəzi olan “Kontakt Home” sizə birbaşa istehsalçıdan qlobal zəmanətli məhsul təklif etdir. Bu da o deməkdir ki, məhsullarının bütün zəmanət boyu nəinki ölkəmizdəki rəsmi “Apple” servisinə, həm də dünya üzrə bütün rəsmi servis mərkəzlərinə müraciət edə bilərsiniz.

“Ötən il sərhədlərin bağlı olmasına görə Azərbaycana planladığım vaxtda dönə bilməmişdim. Almaniyada olarkən isə AirPods-mu servisə göstərməli idim, “Kontakt Home”un təqdim etdiyi Qlobal Zəmanətin sayəsində elə həmin ölkədə “Apple”brendinin rəsmi servisinə müraciət etdim.”

Elməddin Sadıqov, “Kontakt Home” müştərisi

Üstəlik “Kontakt Home” bütün “Apple” məhsullarına sərfəli hissəli alış və müştəri tarixçəsindən asılı olaraq ilkin ödənişsiz şərtlər təqdim edir. Əlavə olaraq, məhsulun qiymətinin 50%-ni ilkin ödəniş edərək qalan məbləği faizsiz 6 aya bölə bilərsiniz.

“Qızıma universitetə qəbul münasibətilə iPhone söz vermişdim. Nə yalan deyim, nağd almağa imkanım çatmırdı. “Kontakt Home”un kredit şərtləri nəticəsində qızımın arzusunu reallaşdıra bildim.”

Qənirə Məmmədova, “Kontakt Home” müştərisi

Sərfəli kredit şərtləri ilə yanaşı, şəbəkənin müştəriləri “Birkart”, “Tamkart”, “Albalıkart” və “Bolkart” taksit kartları ilə nağd qiyməti 12 ayadək faizsiz hissələrə də bölə bilərlər.

Sevindirən şəbəkə müştərilərinə köhnə telefonu gətirib yenisini aparmaq imkanını da yaradır. Beləliklə, köhnə telefonunuzu vəziyyətindən və hansı elektronika mağazasından alınmasından asılı olmayaraq, Kontakt Home mağazasına gətirib, “iPhone 12” modellərindən istənilən birinə real endirim əldə edə bilərsiniz.

“Keçən ay iPhone 8 smartfonumu “Kontakt Home” mağazasına apardım. İşçilər köhnə telefonumu elə mağazada qiymətləndirib, iPhone 12 smartfonuna bazar qiymətləndirməsi ilə endirim təqdim etdilər. Beləliklə, həm yeni smartfon aldım, həm də köhnəsini satdım.”

Samir Hüseynov, “Kontakt Home” müştərisi

Orijinal Apple məhsullarını “Kontakt Home” mağazalarından əldə edin, çünki şəbəkədə brendin 100-dən çox çeşidi: telefonlar, planşetlər, smart saatlar, “Macbook” və “iMac”, qulaqlıq və aksessuarları təqdim olunub. “Kontakt Home”un satış ekspertləri sizə yeni “iPhone” modellərinin funksionallıqları barədə bütün məlumatı verəcək, istədiyiniz modelin seçimində yardımçı olacaq. Bu şəbəkədən aldığınız bütün “Apple” məhsulları brendin qlobal zəmanətinə daxildir.

Hazırda “Kontakt Home” 30-dan çox qlobal brendin ölkəmizdəki rəsmi tərəfdaşıdır. Şəbəkənin Bakı, Xırdalan, Sumqayıt, Gəncə, Masallı, Qəbələ, Mingəçevir, Bərdə, Quba, Göyçay və Lənkəran daxil olmaqla 31 mağazası və kontakt.az ünvanında bir onlayn mağazası fəaliyyət göstərir.

Reklam hüququnda

Paylaş:
331

Son xəbərlər

Sevinc Fətəliyeva: Bu gün dünyada gedən mürəkkəb proseslər fonunda müxtəlif xalqlar və dövlətlər arasında dialoqun qurulması üçün çox önəmlidirBu gün, 19:51Heydər Əsədov yenidən rektor təyin edilib - Prezidentdən SƏRƏNCAMBu gün, 17:51Həftəsonu Bakı-Ağstafa-Bakı istiqamətində əlavə reyslər təyin edildiBu gün, 17:50Azərbaycanda yeni domen adlarında yerli əlifbadan istifadə ediləcəkBu gün, 17:43“Koroğlu” metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisinə başlanılırBu gün, 17:32Tələbə Elmi Cəmiyyətinin VI elmi-praktik konfransı keçirilibBu gün, 17:28Faktiki hava: Dənizdə dalğanın hündürlüyü 2.4 metr olubBu gün, 17:21Ramin Məmmədov deputat mandatından məhrum edildiBu gün, 17:15Əfv Məsələləri Komissiyasının bu gün keçirilməsi nəzərdə tutulan iclası təxirə salınıb - YENİLƏNİBBu gün, 17:10Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanılıbBu gün, 17:03Azərbaycanda parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verilibBu gün, 16:45Məzahir Pənahov parlament seçkilərinin seçiləcəyi vaxtla bağlı açıqlama verdiBu gün, 16:36İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasına təbrik məktubu ünvanlayıbBu gün, 16:17İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAMBu gün, 16:07Ağcəbədidə qadın qətlə yetirilib, qaynı saxlanılıbBu gün, 15:43“Koroğlu” metrostansiyasının yanında yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaqBu gün, 15:24Prezident: Artıq son yeddi ildə Azərbaycanda quraqlıq müşahidə olunubBu gün, 15:17Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilibBu gün, 15:15Qanunsuz balıq ovu edənlər saxlanılıbBu gün, 15:08Bazar günü 12 min şagird imtahan verəcəkBu gün, 14:59
Bütün xəbərlər