Bilgəhdəki çimərliyə girişin bağlanmasına aydınlıq gətirildi - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bilgəhdəki çimərliyə girişin bağlanmasına aydınlıq gətirildi - FOTO - VİDEO

16:54 - 16 / 06 / 2021
Bilgəhdəki çimərliyə girişin bağlanmasına aydınlıq gətirildi - FOTO - VİDEO

Dünən axşam saatlarında sosial şəbəkələrində paytaxt sakinlərinin yay aylarında çimərlik kimi istifadə etdiyi Bilgəhdəki əraziyə girişin naməlum səbəblərdən bağlandığı barədə xəbər yayıldı.

Oxucularımızdan biri əraziyə girişin bağlanması anının görüntülərini çəkərək yayımladıqdan sonra sosial şəbəkələrdə həmin sahil xəttinə girişin hansı səbəbdən və kim tərəfindən bağlanması ilə bağlı geniş müzakirələr aparıldı.

Məsələyə aydınlıq gətirmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etdik. Nazirlikdən bizə çimərliyə girişin bağlanmasından xəbərdar olmadıqlarını, dünən sözügedən ərazinin hamı üçün açıq olduğunu bildirdilər və bizə çimərliyin yerləşdiyi Sabunçu rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağı tövsiyə etdilər.

Xatırladaq ki, bəzi ərazilərdə vaxtaşırı söküntü işlərinin aparılmasına baxmayaraq Xəzər sahillərinin hasara alınması mövzusu hələ də aktualdır. Xüsusən də yay aylarında bu, əsas müzakirə mövzularından birinə çevrilir.

Onu da xatırladaq ki, Azərbaycan qanunvericiliyinə görə sahil zolağı dövlətin müstəsna mülkiyyətidir və icra hakimiyyəti orqanlarının müvafiq icazəsi olmadan dənizə girişin bağlanması qadağandır. Bu baxımdan, sözügedən ərazinin bağlanma səbəbi bir çoxlarında sual doğurub.

Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev məsələ ilə bağlı 1news.az-a bildirib ki, sözügedən əraziyə aparan dar girişin başlanmasına səbəb ərazidən düzgün istifadə olunmaması və antisanitariyanın hökm sürməsidir:

“Bilgəhlə Nardaranın kəsişməsində yerləşən həmin ərazi heç bir şəraiti olmayan, antisanitar vəziyyətdə idi. Bəzi insanlar oranı əxlaqsızxanaya, cəmiyyətə zidd hərəkətlər edənlərin, spirtli içki aludəçilərinin yığıncaq yerinə çevirmişdi. Axşam saat 8-dən sonra gəlib çadır quraraq səhərə kimi min cür oyundan çıxırdılar. Bir neçə konteyner qoyulmasına baxmayaraq ərazini zibilliyə çevirmişdilər”.

Həmin ərazinin çimmək üçün nəzərdə tutulmadığını deyən İcra başçısı çimərliyin bağlanmadığını, sadəcə ona aparan problemli dar girişin bağlandığını söyləyib:

“Fövqəladə Hallar Nazirliyi də buradan çimərlik kimi istifadə olunmasını qadağan edib. Həmin ərazi çimmək üçün nəzərdə tutulmadığından dəfələrlə boğulma halları qeydə alınıb. Bu yaxında isə həmin ərazidə çimən iki gənc boğularaq həyatını itirib.

Bundan əlavə ora gələn insanlar maşınları ilə əsas yolu bağlayaraq nəqliyyatın hərəkətinə mane olurdular. Öz maşınlarını dalan ərazilərdə, sakinlərin həyətlərində saxlayırdılar ki, bu da onların haqlı narazlığına səbəb olurdu. Dünən axşam isə (iyunun 15-də) yerli sakinlərlə ora gələn şəxslər arasında dava baş verib, hətta bıçaqlaşma olub. Bütün bunları nəzərə alaraq çimərliyə aparan dar girişi bağladıq. Hazırda ərazidə abadlıq işləri aparılır. Bununla belə sakinlər digər girişdən istifadə edərək çimərliyə gedə bilərlər. Bu gün mühafizə polisi ilə müqavilə bağladıq ki, həmin ərazidə post qursunlar və gələnləri yaxınlıqdakı digər girişə yönləndirsinlər.

Onu da deyim ki, həmin ərazinin yaxınlığında 31 hektarlıq hər bir şəraiti olan, Fövqəlad Hallar Nazirliyinin xilasediciləri tərəfindən nəzarət olunan çimərlik var. Arzu edənlər həmin çimərlikdən, eləcə də rayonumuzun ərazisində yerləşən digər çimərliklərdən pulsuz istifadə edə bilərlər”.

Natali Aleksandrova, Babək Cahandarov

Paylaş:
297

Son xəbərlər

Narkotik vasitənin təsiri altında inzibati məsuliyyətdən yayınmağa çalışan sürücü həbs edilibBu gün, 16:18Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi yaradılırBu gün, 16:17Baş direktor “IDEB 2024” sərgisində iştirak edirBu gün, 15:44Samir Nuriyev Belarus Baş nazirinin müavini ilə görüşübBu gün, 15:35Penitensiar xidmət və DİN birgə əməliyyat keçirib, silahlar aşkarlanıbBu gün, 15:32AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilibBu gün, 15:03ABB-nin Suraxanı filialı da yeniləndi!Bu gün, 14:26Azərbaycan Özbəkistanla seysmologiya sahəsində təcrübə mübadiləsi aparacaqBu gün, 14:18Xocalıda Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasına həsr olunan tədbir keçirilirBu gün, 14:11Səkkiz Azərbaycan vətəndaşı Suriyadan repatriasiya edilibBu gün, 13:36Azərbaycan və Belarus XİN başçıları əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə ediblərBu gün, 13:22Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilibBu gün, 12:55ASCO-nun “yaşıl artım” çağırışlarından irəli gələn fəaliyyət prioritetləri müəyyən ediləcəkBu gün, 12:43“Xan arxı” suvarma kanalı tullantılardan təmizlənibBu gün, 12:27Sabah 20 dərəcə isti olacaq - ProqnozBu gün, 12:21Sahibə Qafarova Sinqapur Prezidenti ilə görüşübBu gün, 12:10Azərbaycan dələduzluqda təqsirləndirilən iki nəfəri Özbəkistana təhvil veribBu gün, 12:01FHN Ağsuda yanğın təhlükəli obyektin fəaliyyətini dayandırıb - VİDEOBu gün, 11:58Təhsil müəssisəsində külli miqdarda mənimsəmə faktı ilə bağlı cinayət işi başlanıbBu gün, 11:38Gənc zabitlərin püşkatması keçirilibBu gün, 11:15
Bütün xəbərlər