Qubada daha 3 su anbarı inşa olunacaq - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Qubada daha 3 su anbarı inşa olunacaq - VİDEO

16:43 - 17 / 06 / 2021
Qubada daha 3 su anbarı inşa olunacaq - VİDEO

Quba rayonunun su ilə təminatı yaxşılaşdırılır.

1news.az Real TV-ə istinadən bildirir ki, son illər iqlim dəyişikliyi ilə əlaqədar şimal bölgəsindəki çaylarda suyun həcminin azalması müşahidə edilir. Bu da öz növbəsində yay aylarında suvarma suyuna olan təlabatı ödəməkdə müəyyən çətinliklər yaradır. Lakin tezliklə respublika ərazisində tikiləcək 10 su anbarının 3-ü Qubada inşa olunacaq. Bununlada yaşanan çətinlik tamamilə aradan qalxacaq.

Belə ki, qış aylarında anbara toplanan sudan yaz və yay aylarında suvarma məqsədi ilə istifadə ediləcək.

Quba ölkəmizin ən böyük mevyəçilik rayonlarından biridir. Ötən il rayonda məhsulverən 14 min hektar meyvə bağından 130 min ton meyvə yığılıb. Bu isə əvvəlki illərlə müqayisədə 15-20 faiz artım deməkdir. Məhsuldarlığın artması ilk növbədə suvarma suyundan asılıdır. Cari ildə təsərrüfat sahiblərini fasiləsiz suvarma suyu ilə təmin etmək məqsədi ilə Quba Suvarma Sistemləri İdarəsi tərəfindən lazımi tədbirlər görülüb.

Belə ki, rayon ərazisində suvarılan 26 min 300 hektar sahənin suvarılmasını təmin edən torpaq kanallar lil və kol-kosdan təmizlənib. Həçminin sahələrə vaxtında və itkisiz su çatdırmaq məqsədi ilə mövcud torpaq kanallar beton kanallarla əvəz edilib.

Qeyd edək ki, görülən tədbirlər nəticəsidə bağ sahələrini vaxtında suvara bilən fermerlərin meyvəçiliyə marağı daha da artıb. Fermerlər xüsusilə son illər damlama üsulundan istifadə etməklə superintensiv bağçılığa maraq göstərirlər. Bu bağlarda həm məhsuldarlıq yüksək olur həm də suvarma suyuna xeyli qənaət edilir.

1news.az

Paylaş:
270

Son xəbərlər

Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilibBu gün, 15:15Gəncədə yanan ev söndürülüb - YENİLƏNİBBu gün, 14:56Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - FOTOBu gün, 14:08Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”Bu gün, 10:55Azərbaycan BMT ilə COP29 çərçivəsində “yaşıl enerji” keçidi və iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində müzakirələr aparıbBu gün, 10:43Xankəndidə tapança, avtomat və qumbaralar tapılıbBu gün, 10:36Göygöldə idarəetməni itirən sürücü piyadanı vuraraq öldürübBu gün, 10:32
Bütün xəbərlər