Yeni əlillik təyinatı əvvəlki əlilliyin bitdiyi tarixdən rəsmiləşəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Yeni əlillik təyinatı əvvəlki əlilliyin bitdiyi tarixdən rəsmiləşəcək

11:15 - 17 / 06 / 2021
Yeni əlillik təyinatı əvvəlki əlilliyin bitdiyi tarixdən rəsmiləşəcək

Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla əlilliyi olan şəxs hesab ediləcək.

1news.az-ın məlumatına görə, bu, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihə əlilliyi olan şəxslərin sosial təminatının gücləndirilməsi məqsədilə hazırlanıb.

Beləliklə, həmin müddət üçün vətəndaşın sosial ödənişlərinin aparılmasını təsbit edən dəyişiklik, əlilliyi olan şəxslərin sosial təminatının daha da yaxşılaşdırılmasını nəzərdə tutur.

Müvafiq olaraq “Əmək pensiyaları haqqında” qanuna da dəyişiklik edilir.

Təklif olunan dəyişikliyə əsasən, əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi əlillik müddəti bitdiyi gündən dayandırılır. Bu kateqoriyadan olan şəxslərə əmək pensiyasının ödənilməsi isə onların “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa ediləcək.

Qeyd edək ki, qüvvədə olan qanuna əsasən, şəxsin əlilliyi, o cümlədən sağlamlıq imkanlarının məhdudluğu yenidən müəyyən edilərsə, əmək pensiyasının verilməsi əlilliyin, o cümlədən sağlamlıq imkanlarının məhdudluğun yenidən müəyyən edildiyi gündən bərpa edilir. Eyni zamanda təkrar müayinə vaxtı üzrlü səbəbdən ötürüldükdə, bu müddət ərzində əmək pensiyası bir aydan çox olmayan müddət üçün ödənilir. Təkrar müayinə zamanı əlilliyi olan şəxs başqa əlillik dərəcəsinə keçirildikdə, bir aydan çox olmayan müddət üçün əmək pensiyası əvvəlki dərəcə üzrə ödənilir.

1news.az

Paylaş:
302

Son xəbərlər

Sabahdan etibarən “Təmiz hava” aylığına start verilirBu gün, 16:00Ali Məhkəmədə yeni təyin olunmuş hakimlərin andiçmə mərasimi keçirilibBu gün, 15:58KOB subyektləri haqqında məlumatlar vahid reyestrdə toplanacaqBu gün, 15:55Ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA - YENİLƏNİBBu gün, 15:38Ekologiya və təbii sərvətlər nazirinin müşaviri vəzifəsindən azad olunubBu gün, 15:30Şeyxülislam Allahşükür Paşazadə “KAICIID 2024” Qlobal Forumunda iştirak edəcəkBu gün, 15:26BMT Azərbaycan və PAŞA Holding “29 İqlim Söhbəti: COP29-a gedən yol” Proqramı çərçivəsində tədbir keçirib - FOTOBu gün, 15:13Bu gün Xalq artisti Bəhram Mansurovun anım günüdürBu gün, 15:09Sevinc Fətəliyeva: Azərbaycan Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradıbBu gün, 15:03QDF “PAŞA Holding” və BMT-nin “COP 29-a gedən yol” tədbirində “Yaşıl guşə” ilə iştirak edib - FOTOBu gün, 14:51Göyçayda çaya tökülən tullantıların toplanması ilə bağlı hansı işlər görülür? - Rəsmi cavabBu gün, 14:45Balakəndə qanunsuz tikili sökülüb - VİDEOBu gün, 14:35İlham Əliyev: Azərbaycan Çinin ərazi bütövlüyünü və “Vahid Çin” siyasətini daim dəstəkləyibBu gün, 14:11İcma ATƏT-i Ermənistandan qovulmuş azəraycanlıların öz evlərinə qayıdışına dəstək verməyə çağırıbBu gün, 14:04Prezident İlham Əliyev Çin Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsinin sədr müavinini qəbul edib - YENİLƏNİBBu gün, 13:56Bakıda həbsdə olan Qukasyan haqda yeni qərarBu gün, 13:47Köç karvanı Şuşaya çatıb - YENİLƏNİBBu gün, 13:42Nazir: Azərbaycanla Ermənistan arasında baş verən müsbət irəliləyişləri tarixi nəticə adlandıra bilərikBu gün, 13:33Ceyhun Bayramov: Azərbaycan hər zaman ATƏT-in prinsiplərinə riayət edibBu gün, 13:16ATƏT sədri: Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhün olması bizim üçün prioritetdirBu gün, 13:06
Bütün xəbərlər