Bu ilin sonunda müəllimlərin sertifikasiyasına başlanacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu ilin sonunda müəllimlərin sertifikasiyasına başlanacaq

15:35 - 18 / 06 / 2021
Bu ilin sonunda müəllimlərin sertifikasiyasına başlanacaq

Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılmasının keçirilməsində məqsəd müəllimlərin bilik səviyyəsini qiymətləndirmək, onların inkişafına nail olmaq və təlim ehtiyaclarını öyrənməkdir.

Bu barədə 1news.az-a Təhsil Nazirliyindən bildirilib.

Prosesə cəlb ediləcək pedaqoji heyət əvvəlcədən bu barədə məlumatlandırılacaq.

Sertifikatlaşdırma ilə bağlı proqramın hazırlanması nəzərdə tutulur. Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin cari təqvim ilinin sonunda həyata keçirilməsi planlaşdırılır. Hazırda isə sertifikatlaşdırma prosesinə hazırlıq məqsədilə sınaq imtahanları keçirilir.

1news.az

Paylaş:
343

Son xəbərlər

Bütün xəbərlər