Əlilliyin qiymətləndirilməsinin yeni meyarları məlum olub - CƏDVƏL | 1news.az | Xəbərlər
Cəmiyyət

Əlilliyin qiymətləndirilməsinin yeni meyarları məlum olub - CƏDVƏL

10:58 - 18 / 06 / 2021
Əlilliyin qiymətləndirilməsinin yeni meyarları məlum olub - CƏDVƏL

Əlilliyin qiymətləndirilməsinin yeni meyarları məlum olub.

1news.az-ın məlumatına görə, bu, “Əlilliyin müəyyən olunması Meyarları”nda əksini tapıb.

Xəstəlik, zədə və çatışmazlıqlar səbəbi ilə yaranan və bu Meyarların əlavəsinə uyğun olaraq insan orqanizminin funksiyalarının aşağıdakı itirilmə faizləri təyin edilir:

- İnsan orqanizminin funksiyalarının 81-100% itirilməsi ilə əlaqədar əlillik - xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin III dərəcə məhdudlaşması halında təyin edilir.

- İnsan orqanizminin funksiyalarının 61-80% itirilməsi ilə əlaqədar əlillik - xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin II dərəcə məhdudlaşması halında təyin edilir.

- İnsan orqanizminin funksiyalarının 31-60% itirilməsi ilə əlaqədar əlillik - xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin I dərəcə məhdudlaşması halında təyin edilir.

- İnsan orqanizminin xəstəlik, zədə və çatışmazlıqlar səbəbi ilə yaranan bir neçə sabit pozuntusu olduğu halda, hər bir pozuntu ayrı-ayrılıqda kəmiyyət qiymətləndirmə sistemi vasitəsilə qiymətləndirilir və təzahür dərəcəsi müəyyənləşdirilir.

- İlk növbədə, faiz ifadəsi ilə orqanizmin bu və ya digər funksiya pozuntusunun ən yüksək olanı, sonra isə mövcud digər bütün funksiya pozuntularının qeyd edilmiş pozuntuya təsiri müəyyənləşdirilir.

- Peşə xəstəliyi və istehsalat zədəsi təsirin olduğu təqdirdə, insan orqanizminin funksiyalarının itirilməsinin yekun göstəricisi, ən yüksək pozuntunun göstəricisindən 10%-dən artıq olmamaqla təyin edilir.

- 18 yaşınadək uşaqlara insanın həyat fəaliyyətinin istənilən kateqoriyasının və istənilən məhdudlaşmasının (əmək fəaliyyəti ilə məşğul olmaq bacarığı istisna olmaqla) istənilən üç məhdudlaşma dərəcəsindən birinin mövcud olduğu və uşağın sosial müdafiəsi zərurətindən irəli gələn halda müəyyən edilir.

- İnsan orqanizminin funksiyalarının 10-30% itirilməsi hallarında əlillik təyinatı aparılmır. Yalnız, əlillik səbəbi peşə xəstəliyi və istehsalat zədəsi olduğu hallarda peşə əmək qabiliyyətinin itirilməsi faizi qiymətləndirilir.

Bir neçə əlillik səbəbi və insan orqanizminin funksiyalarının itirilməsi faizi müəyyənləşdirildiyi təqdirdə ən yüksək sosial təminat hüquqları yaradan əlillik səbəbi və insan orqanizminin funksiyalarının itirilməsi faizi təyin edilir.

Qeyd edək ki, Nazirlər Kabineti “Əlilliyin müəyyən olunması Meyarları”nı təsdiqlədikdən sonra “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ləğv ediləcək.

"Əlilliyin müəyyən olunması Meyarları"na Əlavə - CƏDVƏL

1news.az

Paylaş:
480

Son xəbərlər

Sabah bəzi yerlərdə su kəsiləcək13 / 05 / 2024, 17:59Yunanıstanın Baş naziri Ərdoğanla görüşüb - YENİLƏNİB13 / 05 / 2024, 17:44MAXE olmaq istəyəyin NƏZƏRİNƏ13 / 05 / 2024, 17:26Dövlət mülkiyyətində olan mənzilləri qanunsuz istifadəyə verən vəzifəli şəxslərlə bağlı istintaq yekunlaşıb13 / 05 / 2024, 17:03Coratda 10 aylıq körpə ölüb13 / 05 / 2024, 16:54Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA - YENİLƏNİB13 / 05 / 2024, 16:45İrandan Azərbaycana narkotik keçirməyə cəhd edən şəxslər həbs olunub13 / 05 / 2024, 16:35Hərbi xidmətə çağırışla bağlı pozuntulara yol verən şəxslərin cinayət işləri məhkəməyə göndərilib13 / 05 / 2024, 16:33Paytaxtdakı “Keşlə” bazarında nöqsanlar aşkarlanıb - FOTO13 / 05 / 2024, 16:20MİQ üzrə müsabiqəyə buraxılacaq bakalavr səviyyəsinə aid ixtisasların siyahısı müəyyənləşib13 / 05 / 2024, 16:00Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub13 / 05 / 2024, 15:40Ağdamda Birinci Qarabağ müharibəsinin iki şəhidi dəfn edilib – YENİLƏNİB 113 / 05 / 2024, 15:39Milli Məclis sədri Asiya Qadınlar Forumunda Böyük Qayıdış və COP29 barədə məlumat verib13 / 05 / 2024, 15:27İmişlidə yanğın olub - VİDEO13 / 05 / 2024, 15:15Prezident: Azərbaycan COP29 sədrliyi çərçivəsində kiçik ada dövlətlərinin problemlərinə xüsusi diqqət yetirəcək13 / 05 / 2024, 14:54Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanının nəticələri elan olunub13 / 05 / 2024, 14:47Qeyri-yaşayış obyektinin qarşısında ağaclar kəsilib13 / 05 / 2024, 14:32İmişlidə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib – YENİLƏNİB 113 / 05 / 2024, 14:17İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - YENİLƏNİB13 / 05 / 2024, 14:16Bərdədə Birinci Qarabağ müharibəsinin şəhidi ilə vida mərasimi başa çatıb – YENİLƏNİB13 / 05 / 2024, 13:56
Bütün xəbərlər