Wolt artıq Gəncədə | 1news.az | Xəbərlər
Cəmiyyət

Wolt artıq Gəncədə

11:40 - 18 / 06 / 2021
Wolt artıq Gəncədə

Wolt çatdırılma xidməti Gəncədə fəaliyyətə başlayır!

Wolt-un Apple tərəfindən mükafatlandırılmış servisi ciddi təlim keçmiş kuryerləri və isidilmiş xüsusi çatdırılma çantaları ilə müştərilərə ən yüksək səviyyəli xidmət təklif edir.

Bir çoxlarının səbirsizliklə gözlədiyi an, nəhayət ki, gəlib çatdı! Bu gündən etibarən Gəncə şəhərinin sakinləri Wolt ilə ən sevimli yeməklərini sürətli çatdırılma ilə sifariş edə bilərlər! Müştərilər McDonald’s və KFC kimi populyar brendlərdən və həmçinin bir çox dadlı yerli restoranlardan sifariş yerləşdirmək imkanına malikdirlər və iyun ayının sonunadək bütün sifarişlərdə çatdırılma xidməti PULSUZDUR!

Hazırda Wolt tətbiqində minimal sifariş həcmi cəmi 6 AZN təşkil edir və həm kredit kartı, həm də nağd ödəniş etmək imkanı mövcuddur.

Wolt tətbiqindən necə istifadə etmək olar:

1. Wolt tətbiqini yükləyin və ya wolt.com saytından sifariş edin.

2. Sevimli restoranınızı seçin.

3. Sifarişinizi qurun və onun evə çatdırılacağını, özünüzün götürəcəyini və ya restoranda yeyəcəyinizi müəyyənləşdirin.

4. Çatdırılma seçimini etsəniz, siz real vaxtda sifarişin hansı mərhələdə olduğunu görəcəksiniz və hətta onun xəritədə sizə yaxınlaşmasını izləyə biləcəksiniz.

5. Ödəniş seçiminizdən asılı olaraq, məbləğ avtomatik olaraq sizin kartınızdan tutulur və ya çatdırılma zamanı nağd olaraq götürülür. Sifariş çatdırıldıqdan sonra qəbzlər sizin elektron poçtunuza göndərilir.

Wolt haqqında:

Wolt-un əsası 2014-cü ildə Helsinki şəhərində qoyulmuşdur və bu gün şirkət 3000-dən artıq işçisi ilə 23 ölkədə faəliyyət göstərir. Texnoloji şirkət olmasından əlavə, Wolt çox güclü əməlliyat sistemi və fundamenti qurmağı bacarıb. Wolt 129 şəhərdə 30 000-dən çox restoran və pərakəndə satış nöqtəsi və 60 000-dən çox kuryer partnyor ilə əməkdaşlıq edir. Xatırladaq ki, Wolt şirkəti Bakıda fəaliyyətinə 15 iyul 2019-cu il tarixində başlayıb və daha öncə bu ilin mart ayında Sumqayıt şəhərində də çatdırılma xidmətini aktivləşdirib.

Reklam hüququnda

Paylaş:
241

Son xəbərlər

Nyu-York birjasında təbii qaz cüzi bahalaşıbBu gün, 11:23Prezident Çin Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsinin sədr müavinini qəbul edibBu gün, 11:07Prezident ATƏT-in fəaliyyətdə olan sədrini qəbul edib - YENİLƏNİBBu gün, 11:01Qızıl və gümüş bahalaşıbBu gün, 10:58Yaşa görə əmək pensiyası təyin edilənlərin sayı açıqlanıbBu gün, 10:52Məşhur türk aktrisa vəfat etdiBu gün, 10:49Tovuzda maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıbBu gün, 10:32Həqiqi hərbi xidmətə çağırışı üzrə Mərkəzi Çağırış Komissiyasının tərkibi genişləndirilibBu gün, 10:14Azərbaycan XİN İsraili təbrik edibBu gün, 10:06“Qadın Sahibkarların Milli İnkişaf Strategiyasının Hazırlanması: Heydər Əliyevin Gender Siyasətinin Davamı Kimi” adlı Forum keçirilibBu gün, 10:01Azərbaycanın 10 boksçusu beynəlxalq turnirə qələbə ilə başlayıbBu gün, 09:50Ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVABu gün, 09:45Yevlaxda narkotik vasitə qəbul edib, avtomobil idarə edən sürücü həbs olunubBu gün, 09:39Sabahdan müəllimlərin işə qəbulu müsabiqəsi üzrə sənəd qəbuluna başlanılırBu gün, 09:37Azərbaycan və Ukrayna XİN başçıları arasında telefon danışığı olubBu gün, 09:28Bakının iki rayonunun qaz təchizatında fasilə yaranacaqBu gün, 09:27AMB valyuta məzənnələrini açıqladıBu gün, 09:21Azərbaycan nefti ucuzlaşmaqda davam edirBu gün, 09:18Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb - FOTOBu gün, 09:11Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:09
Bütün xəbərlər